Dünyanın ən böyük “hedge fund” un təsisçisi qızıla yatırım etməyi məsləhət görür

0
Rey Dalilo - Foto: EPA-EFE/JOSE SENA GOULAO

CNBC-nin məlumatına görə, amerikalı milyarder Ray Dalio qızıla yatırım etməyi məsləhət görür. Banker.az bildirir ki, onun fikrincə, çünki mərkəzi banklar tezliklə investisiya siyasətində “paradiqma dəyişikliyi” yarada biləcək pul siyasətini sərtləşdirəcəklər.

“Mən düşünürəm ki, investorların səhmlərə etdiyi yatırımlar gəlirli deyil, çünki pul dəyərdən düşəcək və beynəlxalq münaqişələr daha da inkişaf edəcək. Qızıla yatırım edən, bu daha sərfəlidir”, – deyə  “Bridgewater Associates” in təsisçisi bildirib. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Bundan əlavə, investorların əksəriyyəti belə aktivləri düzgün qiymətləndirmirlər. Əgər onlar riskləri azaltmaq üçün balanslaşdırılmış portfelə sahib olmaq istəsəydilər, bu cür aktivləri daha çox olardı. Hesab edirəm ki, həm riskləri azaltmaq, həm də rentabelliyi artırmaq üçün qızıla yatırım etmək lazımdır”. 

Bazar iştirakçıları 30-31 iyul tarixlərində keçiriləcək ABŞ-ın Federal Ehtiyatlar Sisteminin iclasını gözləyirlər. Faiz dərəcəsinin ən azı dörddə bir hissəsi qədər azaldılması gözlənilir. 

Böhrandan sonra FED və bir çox ölkələrin mərkəzi bankları faiz dərəcələrini aşağı səviyyədə saxlayıb. FED pul-kredit siyasətini normaya salmağa başladı. Vesti.Ekonomika-nın verdiyi məlumata görə, ABŞ iqtisadiyyatı üçün “risklərin və qeyri-müəyyənlik amilinin əhəmiyyətli dərəcədə artması” qeydə alınıb. 

Dalio investisiya sahəsində “paradiqma dəyişikliyi” nin müddəti barədə əmin olmasa da, bu dəyişiklik “yaxınlaşır və növbəti paradiqmanın necə görünəcəyinə böyük təsir göstərəcəyini” bildirir.