Dünyanın ən yaxşı 5 biznes kitabından biri olan “Hərb sənəti”ndən önəmli sitatlar (II hissə)

Dünyanın ən yaxşı 5 biznes kitabından biri olan Çin hərb nəzəriyyəçisi və strateqi Sun Tzu tərəfindən yazılan “Hərb sənəti” (Art of War) kitabından bəzi önəmli sitatlar (ilk hissə):

  1. Sıldırımlı yüksək ərazilərə birnci gəlmisinizsə, daha yüksək və günəşlə yerləri tutmalısınız.
  2. Sıravi əsgərlər güclü, zabitlər zəif olanda itaətsizlik baş verir.zabitlər çox güclü, əsgərlər isə çox zəif olanda nəticə iflas, uğursuzluq olacaq.
  3. Əgər döyüşün qalibiyyətlə başa çatacağı aydındırsa, hətta bu, qaydalara ziddirsə də döyüşməlisiniz, əgər döyüşün qalibiyyətlə başa çatmayacağı aydındırsa, hətta qaydalar döyüşməyi töviyyə edirsə də, döyüşməli deyilsiniz.
  4. Hər iki tərəfə böyük üstünlük verilirsə bu mübahisləidir.
  5. Yalnız gecikmədən döyüşə girməklə məhv olmaqdan xilas ola biləcəyimiz ərazi ümidsiz yerdir.
  6. Açıq yerdə düşmənin yolunu kəsmə.
  7. Mühasirədə hiyləyə əl at, ümidsiz yerdə döyüş
  8. Rəqibiniz üçün çox qiymətli olanı almaqdan başlayın. Onda rəqibiniz sizin iradənizə tabe olacaqlar
  9. Planlarının anlaşılmaz olmasını tənim et
  10. Kömək mümkün deyilsə sərt döyüşəcəklər.
  11. Əmr vermədən də onlara etibar etmək olar
  12. Əlamətə inanmağı və xürafatcıl şübhələri qadağan et. Onda ölüm gələnə qədər başqa bəlalardan qorxmaq lazım olmayacaq
  13. Atların yüyəninə etibar edib.arabanın təkərini torpağa basdırmaq olmaz
  14. Idarə etmək prinsipi hamının edə biləcəyi bir qəhrəmanlıq standartı yaratmaqdır.
  15. Güclünü də, zəifi də yüksək səviyyəyə necə qaldırmaq olar- bu yerdən düzgün istifadə məsələsidir.
  16. Mahir sərkərdə ordusunu bir adamı idarə edər kimi idarə edər, icbarı şəkildə əli ilə
  17. Planı dəyişmək rəqibi bilməkdən uzaq tutar
  18. Açıq yerdə müdafiə mükəmməlliyi, kəsişən yolda isə müttəfiqliyə çalışmaq
  19. Planları bilmədən ittifaqa girmək olmaz
  20. Iş haqqında danıç, amma planlarını heç vaxt bildirmə.
  21. Güc çətin vəziyyətə düşəndə qələbə üçün vuruşa bilir
  22. Uğur özümüzü tamamilə düşmənin məqsədinə qarşı qoyanda olur
  23. Əgər qapi açıqdırsa, içəri girin
  24. Qaydaların müəyyən etdiyi yolla get.həlledici döyüşə girə bilənə qədər düşməninə uyğunlaş
  25. Əgər alov tutuşubsa, amma sakitlikdirsə, gözlə
  26. Odu yandıranda onu külək istiqamətinə tut, əksinə yox
  27. Gündüz başlayan külək uzun çəkir
  28. Oddan istifadə ağıl, sudan istifadə güc
  29. Ruhu tərbiyə etməyən adamın taleyi bədbəxtdir
  30. Müdrik hökmdar öz planlarını çox əvvəldən qurur, yaxşı sərkərdə gücünü yetişdirir
  31. Üstünlük görməyincə irəli getmə, alacağın bir şey yoxdursa gücdən istifadə etmə, vəziyyət kritik deyilsə döyüşmə
  32. Hüç bir sərkərdə qəzəbi üçün döyüşməi deyil
  33. Hökmdar diqqətli, sərkərdə ehtiyyatlı olmalıdır


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Müəlif: Aliyə Nuruyeva

 

1 ŞƏRH

  1. Bu sayti coxdan izleyirem, sayt ishcilerine demek isteyiremki siz cox yaxshi ish gorursuz, ne yaxshiki sizinkimi insanlar var,bele sayt yaratmisiz ve megaleleriniz kimlerinse heyatinda deyisiklikler edir, 1 neferi bele deyishe bilirse bu boyuk ugurdu, sizi tebrik edirem, coxsagolun 😉