10 C
Baku
Wednesday, December 11, 2024

Dünyanın ən bahalı 5 növ şokoladı

Şokoladı sevməyən insanı təsəvvür etmək çox çətindir, xüsusən də söhbət ləziz, şirin dadı damaqdan getməyən bahalı şokoladlardan gedirsə.

Amma ağzının dadını bilən, əsl qurmanlar nəinki yaxşı, həm də ən nadir və bahalı şokoladları seçirlər. Luxlux.net net saytı bizə dünyanın ən dadlı və ən bahalı şokoladları haqqında danışır.

Chocopologie by Knipschildt

chocopologie by knipschildt

Ən bahalı şokolad istehsalçılarının reytinqində birinci yeri Konnektikut ştatının amerikan mənşəli şirkəti Chocopologie by Knipshildt tutur. Şirkət artıq 100 ildir ki, şokolad biznesinə sahibdir və ona tələb getdikcə daha da artır. Chocopologie by Knipshildt şokoladı Ağ evin stolunun vazkeçilməz şirniyyatıdır. Kilosu 5750 dollar olan dünyanın ən bahalı şokoladı ingilis kraliçasının sevimli şirniyyatlarındandır.

Noka

noka

İkinci yeri Texas şirkəti Noka tutur. Bu şokoladın 1 kilosunun qiyməti 1900 dollara bərabərdir. Noka-ın Vintages Collection kolleksiya seriyası on variantda buraxılır, bu qutuda olan konfetlərin sayından asılıdır. 4 dənə konfetin olduğu ən balaca qutunun qiyməti 16 dollardır.

Aydındır ki, bu nəfis şirniyyatlar Venesuela və Ekvadorun ən keyfiyyətli kakao-paxla sortlarından hazırlanır.“Qızıl Qlobus“-un təqdimat mərasimində mükafata əlavə olaraq dəyərli hədiyyə kimi kolleksiyanın qara şokoladı olan “Vintaj”-dan istifadə olunmuşdur. Maraqlıdır, ulduzlar nəyə daha çox sevinirdilər – şokolada yoxsa mükafata?

Delafee

delafee

İsveçrə şirkəti Delafee dünyanın ən bahalı şokoladı reytinqində üçüncü yeri tutur. Bir kilonun qiyməti 1150 dollardır. Delafee şokoladını ən yaxşı qurmanlar belə yüksək qiymətləndirirlər. Onun 56%-i Qana və Ekvadorda istehsal olunmuş yüksək keyfiyyətli təbii kakao təşkil edir. Məhz tərkibinin bu strukturuna görə şokolad özünəməxsus ətrini və dadını illərlə saxlaya bilir. Bu şirniyyatın dadına baxaraq, iddia etmək olar ki, isveçrəlilər nəinki dünyanın ən dəqiq və bahalı saatlarını, həm də ən dadlı və bahalı şokoladını istehsal edir.

Godiva “G” Collection

godiva g collection

Bu şokolad ilk üçlüyə daxil olmasa belə, öz “valehedici” adını doğruldur. Godiva-ya hətta ən tələbkar qurman belə laqeyd qala bilməz. Nəfis tərtibatı və məftunedici dadı hamını valeh edir və siz mütləq o şirniyyatı alacaqsınız. Nyu-York şirkəti olan Godiva-nın məhsulunun qiyməti kifayət qədər məqbuldur – kilosu 270 dollar.

Richart

richart

Fransız şokoladı Richart artıq 87 ildir ki, bazardadır. Dünyanın bütün qurmanları bu şirniyyatı stollarında desert kimi görmək istərdilər. Nəfis Richart şokoladının dəyəri 270 dolardır ki, bu da bir çoxlarına onun danına baxmaq imkanı verir. Ən məşhur Petit Richart dəsti 49 növ şokoladdan ibarətdir.
Şübhəsiz ki, bir çox ləziz və yüksəkkeyfiyyətli şokolad markaları da mövcuddur. Onlar dünyanın ən bahalı 5 şokoladı reytinqinə daxil olmasalar belə, sizin onun dadını qiymətləndirmək şansınız var.

Son xəbərlər
Digər xəbərlər