5 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən bahalı bank brendi elan edildi

Banker.az xəbər verir ki, Çinin nəhəng Industrial and Commercial Bank of China (ICBC) bankı ilk dəfə olaraq dünyanın ən bahalı bank brendi adını qazanıb. Çin bankı 2013-cü ildən etibarən Brand Finance Banking 500 reytinqinə liderlik edən Wells Fargo bankını liderlik pilləsindən endirib.

1 fevral 2017-ci il tarixində qeydə alınan məlumatlara görə, ICBC brendinin dəyəri bir il ərzində 42%, yəni 47,8 milyard dollara çatıb. Wells Fargo bankının dəyəri isə 6% azalaraq 41,6 milyard dollar təşkil edib.

Qeyd edək ki, Brand Finance ekspertləri 1 fevralda həm də dünyanın ən bahalı brendlərinin reytinqini də təqdim etmişdi. Reytinqin ilk pilləsində Google (109,5 milyard dollar), ikinci pillədə isə Apple (107,1 milyard dollar) şirkəti yer alıb.

Son xəbərlər
Digər xəbərlər