Bankirin və hindli metallurgiya maqnatının qızının toyu dünyanın ən romantik şəhərlərindən biri olan Parisdə baş tutub və 1 həftə davam edib. Gümüş qutuda dəvətnamə əldə edən təqribən 1000-ə yaxın qonaq Fransa paytaxtına xüsusi reyslə gətirilmişdir.
Toy mərasiminin keçirilməsi üçün Tuileries bağı icarəyə götürlmüşdü və qonaqlar burada möhtəşəm atəş-fəşanlığı seyr etmək və müğənni Kylie Minogue ifasında olan müsuqilərlə rəqs etmək imkanı əldə etmişdilər.
Bununla yanaşı, toy ərzində qonaqlara onlarla kiloqram kürü və 5 min şüşə Château Mouton-Rothschild (2005) şərabı təqdim edilmişdi.
Ümumilikdə isə, Fransa paytaxtında keçirilən bu 1 həftəlik toyun dəyəri 60.000.000 ABŞ dolları oldu.