13 C
Baku
Friday, April 26, 2024

Dünyanın ən bahalı futbol klubları açıqlanıb

2022-ci ildə “Forbes”a görə dünyanın 20 ən bahalı  futbol klubunun orta dəyəri 10% artaraq 2.53 milyard dollar təşkil edib. Eyni zamanda ən bahalı komandaların reytinqində lider dəyişib – “Real Madrid” yenidən birinci yerə qayıdıb. Onun dəyəri 5.1 milyard dollar olub.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Reytinqdə ikinci sıranı “Barselona” (5 milyard dollar dəyər və 17 milyon dollar gəlir), üçüncü sıranı isə “Mançester Yunayted” (4.6 milyard dollar dəyər və 128 milyon dollar gəlir) tutub.

Britaniyanın “Çelsi” futbol klubu reytinqin yeddinci pilləsinə enib – onun dəyəri 3.1 milyard dollara düşüb. FIFA-nın məlumatına görə, 2021-ci ildə futbol klubları oyunçulara 4.86 milyard dollar xərcləyiblər. Ümumilikdə, il ərzində komandalar 18 min oyunçu dəyişiblər. Ən əhəmiyyətli transferlər Lionel Messinin “Pari Sen-Jermen”ə, Kriştianu Ronaldunun isə “Mançester Yunayted”ə keçməsi olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər