13 C
Baku
Tuesday, May 7, 2024

Dünyanın ən bahalı futbolçuları

Gündən-günə futbol dünyanın daha çox gəlir qazandıran biznes sahəsinə çevrilir. Komanda oyunları isə burda xüsusi çəkiyə malikdir, xüsusən də futbol. Əbəs yerə onu idmanın şahı adlandırmırlar. Artıq çoxdandır ki, bu idman növü ilə adi bir hobbi kimi məşğul olmurlar, o əsl peşədir və peşəkar yanaşma tələb edir. Futbol klubları bəs yerə milyonlarla pulu bir oyunçudan ötrü sərf etmirlər, onlar nəinki öz işinin peşəkarı olan idmançı axtarır, həmçinin də bu idmançının populyar olmasına və tamaşaçılar tərəfindən sevilməsinə görə öz pullarından keçirlər. Beləliklə aşağıda dünyanın ən bahalı futbolçularının siyahısı təqdim olunub. 

  № 10. Kaka və ya Rikardo İzekson dos Santos Leyte. 29 yaş

kaka

Hal-Hazırda Madrid “Realının oyunçusu. Braziliyalını almaq üçün 45 milyon avro ödəmək lazım gələcək. 2003-cü ildə o Milan klubunun oyunçuları cərgəsinə qoşulub. Milandan Kakanın iki çıxış yolu var idi- «Manchester City» və ya «Real Madrid». Kaka kral klubunu seçərək, onunla 6-illik müqavilə bağladı.

№ 9. Frank Riberi 28 yaş

frank

2007-ci ildən bəri Münxen Bavariyasının oyunçusudur. Bu müddətə qədər isə «Olimpik», «Mets», «Qalatasaray», «Olimpik Mersel» kimi komandaların formasını geyməyə macal tapmışdır. Bu oyunçunu öz klubundan görmək üçün ən az 45 milyon avro məbləğində pul ödəmək lazım gələcək.

№ 8. Fernando Torres 27 yaş

tores

Londonun «Chealsy » klubunun oyunçusu İspaniya yığmasının tərkibində iki dəfə Avropa çempionu, bir dəfə isə dünya çempionu olmağa müyəssər olmuşdur. Torres 46 milyon avro qiymətləndirilir. 1999-cu ildən bəri öz arzusunun klubu -«Atletico»-nun şərəfini müdafiə edib; daha sonra isə klubun kapitanı olub. 2007-ci ildə Liverpula keçid edib, 2011-ci ildə isə 5,5 illik müqavilə ilə özünün hazırkı komandasına oynamağa gəlib.

№ 7. Xavi Ernandes 31 yaş

havi

İspaniya «Barcelona» klubunun əvəzedilməz oyunçusu. Onun dəyəri 50 milyon avroya yaxınlaşır. Klubun yetirməsi olan Xavi 1998-ci ildən bəri komandanın əsas heyətinin üzvüdür. Onun komanda ilə olan cari müqaviləsi 2014-cü ilə qədər qüvvədədir.

№ 6. David Vilya 29 yaş

david
O, öz vətəni İspaniyaya sadiqdir və onu hələki başqa ölkələrə dəyişmir. Karyerasını 2000-ci ildə Xixonun Sportinq klubu ilə başlamış, Barselonya keçid etməmişdən öncə isə «Real Zaragosa» və «Valencia» kimi klublarda çıxış etmişdir. 2010-cu ildən bəri Katalon klubunun oyunçusu olan Vilya 50 milyon dəyərində qiymətəndirilir.

№ 5. Ueyn Runni 25 yaş

runi

O, 9 yaşından bəri «Everton» klubuna məxsus olub, 2002-ci ildə əsas heyətin tərkibində ilk qolunu vurub. Avro-2004 onun üçün xüsusi uğurlu keçib, yəni parlaq çıxışından sonra Runni «Manchester United» klubuna keçmişdir (o vaxt onun heç 20 yaşı tamam olmamışdı). Oyunçunun dəyəri -52 milyondur.

№ 4. Sesk Fabreqas 24 yaş

fabregas

2004-cü ildən bəri o, London Arsenalının əsas heyətində çıxış edir, 2008-ci ildən bəri isə komandanın kapitanıdır. 2011-ci ildə isə o bir futbolçu kimi yetişdiyi akademiyaya -«Barcelona» klubuna keçid edir. Hal-hazırda oyunçunun dəyəri -55 milyondur

№ 3. Andres İnyesta 27 yaş

inyesta

Daha bir ispan əslilli futbolçu. 2002-ci ildən bəri o, Barselona şəhərini təmsil edən eyni adlı klubun əsas heyətinin oyunçusudur.2008-2009-cu ildə çox saylı zədələnmələr onu oyunçu kimi sındıra bilmir. 2010-cu ildə ispan yığıması ilə həlledici qollardan birininin müəllifi olaraq dünya çempionu, 2012-də isə Avropa çempionu olur, oyunçunun dəyəri 60 milyondur, o bizim ilk üçlüyümüzü qapayır.

№ 2. Kriştianu Ronaldo 26 yaş

ronaldo

Portuqaliyadan olan vunderkind futbolçu 2003-cü ildə Manchester United klubunun tərkibinə daxil olmuşdur. 2008-ci ildə «Qızıl Top» mükafatının sahibi olmuşdur. 2009-cu ildə Madrid Realına keçid etmişdir, İspan kral klubunu oyunçunu öz heyətində görmək üçün, rekord məbləğ 93,8 milyon avro ödəmişdir, bu günə qədər futbol tarixində baş tutmuş ən səs-küylü və bahalı transfer hesab olunur.

Nəhayət, № 1. Lionel Messi 24 yaş

messi

Yaşının az olmasına baxmayaq futbolçu artıq dünyanın ən bahalı oyunçusu adını qazanmağa müvəffəq olmuşdur, onun dəyəri 100 milyon avrodur. 17 yaşında o «Barcelona» klubunun əsas heyətinin üzvü ola bilmişdir. o, «Brilyant top» və 2009-cu ilin «Qızıl top» mükafatlarının sahibidir. Messinin qüvvədə olan müqaviləsi 2016-ci ildə başa çatır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər