19 C
Baku
Thursday, April 25, 2024

Dünyanın ən bahalı futbolçusu seçilib

“CIES Football Observatory”nin yayımladığı məlumata əsasən, dünyanın ən bahalı futbolçusu kimi “Manchester United” və İngiltərə milli futbol komandasının hücumçusu Markus Raşford seçilib.

Banker.az bu barədə “Gazeta.ru”ya istinadən xəbər verir.

“Manchester United” hücumçusunun qiyməti 165.6 milyon avro təşkil edir.

Dünyanın ən bahalı futbolçuları reytinqində ikinci yeri “Borussia” və Norveç milli futbol komandasının hücumçusu Erlinq Holand (152 milyon avro) tutub.

Reytinqdə üçüncü yerdə “Liverpool” və İngiltərə milli futbol klubunun müdafiəçisi Trent Aleksander-Arnold yer alıb  (151.6 milyon avro).

Dünyanın ən bahalı futbolçularının Top 10-luğu:

  1. Markus Raşford (Manchester United) – 165.6 milyon avro
  2. Erlinq Holand (Borussia) – 152 milyon avro
  3. Trent Alexander-Arnold (Liverpool) – 151.6 milyon avro
  4. Bruno Fernandes (Manchester United) – 151.1 milyon avro
  5. Kilian Mbappe (Paris Saint-Germain) – 149.4 milyon avro
  6. Jadon Sancho (Borussia) – 148.3 milyon avro
  7. Joau Feliş (Atlético) – 141.5 milyon avro
  8. Alfonso Davis (Bayern) – 139.2 milyon avro
  9. Rahim Sterlinq (Manchester City) – 136.9 milyon avro
  10. Kay Haverts (Chelsea) – 136 milyon avro.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər