10 C
Baku
Monday, November 25, 2024

Dünyanın ən bahalı şəhəri hansı oldu?

Britaniyanın The Economist – Economist Intelligence Unit (EUI) analitik mərkəzinin apardığı araşdırmaya görə Sinqapur 2014-cü ilin nəticələrinə görə dünyanın ən bahalı şəhəri adına layiq görülmüşdür.

Sinqapur hələ 2004-cü ildə yaşayış üçün lazım olan məbləğə görə reytinqdə 18-ci pilləni tutmuşdu. Kommunal xidmətlərin və avtomobillərə göstərilən qayğının qiymətinin baha olması Sinqapurun Tokionu ilk pillədən endirməsinə səbəb olmuşdu.

Sinqapurla yanaşı dünyanın ən bahalı şəhərləri reytinqinə Paris, Oslo, Zürih və Sidney də daxil olmuşdur. 6-cı pillədən 9-cu pilləyə qədər Tokio, Karakas, Cenevrə və Melburn daxil olmuşdur. Kopenhagen isə 10-cu pillədən 15-ə yüksəlmişdir.

Hindistan şəhərləri, həmçinin Karaçi (Pakistan), Dəməşq (Suriya) və Katmandu (Nepal) yaşayış üçün ən ucuz şəhərlər hesab edilir.

Son xəbərlər
Digər xəbərlər