2022-ci ildə dünyanın yaşamaq üçün ən bahalı şəhərləri Nyu-York və Sinqapur olub. Bu məlumatı “Economist Intelligence Unit” analitika mərkəzi dərc edib.
Analitiklərin araşdırdığı 172 şəhərin hamısında bu il yaşayış minimumu kəskin – orta hesabla 8.1% artıb. Ən bahalı şəhərlər olaraq 2021-ci ildə altıncı yerdə olan Nyu-York və ikinci yerdən yüksələn Sinqapur seçilib. 2021-ci ilin ən bahalı şəhəri olan Təl-Əviv ikinci yerə enib. İlk beşliyə həmçinin Honkonq, Los-Anceles və Sürix daxil olub.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Reytinqdə son 10 yeri Kolombo (Şri-Lanka), Banqalor (Hindistan), Əlcəzair (Əlcəzair), Çinnay (Hindistan), Əhmədabad (Hindistan), Almatı (Qazaxıstan), Karaçi (Pakistan), Daşkənd (Özbəkistan), Tunis (Tunis), Tehran (İran), Tripoli (Liviya) tutub. Sonuncu, 172-ci sırada isə Suriyanın paytaxtı Dəməşq yer alıb.