15 C
Baku
Friday, March 29, 2024

Dünyanın ən bahalı saytı 3 milyard dollara satılacaq

Avtomobil və diler seçimi xidmətləri təqdim edən dünyanın ən məşhur saytlarından biri 3 milyard dollar qiymətinə satışa çıxarılır. Söhbət Classified Ventures  şirkətinə məxsus olan Cars.com saytından gedir. Los Angeles Times, Miami Herald, Dallas Morning Star kimi məşhur KİV-lər bu şirkətdə paya sahibdirlər.

The Wall Street Journal-ın məlumatına görə, bir neçə investorlar, özəl investisiya şirkətləri daxil olmaq şərti ilə saytı almağa maraqlıdırlar.

Saytın illik gəliri bir milyard yarım ABŞ dolları təşkil edir. Bu göstərici təəccüblü deyil, çünki bir ayda saytın xidmətlərindən 11 milyon nəfər yararlanır (söhbət sadəcə ziyarətçilərdən deyil, müştərilərdən gedir).

Cars.com 1998-ci ildə işə salınmışdı və müxtəlif avtomobillərin müqayisəli qiymətlərini və həmçinin müxtəlif dilerləri müzakirə etmək xidmətləri təqdim edir.

Əgər saytın satışı baş tutsa, bu ən böyük sazişlərdən biri olacaq.

Son xəbərlər
Digər xəbərlər