“China Construction Bank” fərdi sərmayəçilər və təşkilatlar üçün istiqrazlarını bitkoinlərlə almaq imkanını yaradıb.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə “Fusang Exchange” birjasının mesajında deyilir. Bununla da bank 3 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır. Qiymətli kağızlar ödəniş zamanı həm də kriptovalyuta qəbul edən “Fusang Exchange” birjasında yerləşdiriləcək. İstiqrazlara gəldikdə, bitkoinlər avtomatik olaraq ABŞ dollarına çevriləcək.
Birja bunu “blokçeyndə istiqrazların ilk kütləvi təklifi” adlandırırlar. Qeyd edək ki, Çin xaricində investorlar üçün qiymətli kağızların qiyməti 100 dollardan başlayır. İstiqrazları birja vasitəsi ilə almaq mümkün olacaq.
“The Wall Street Journal”ın bildirdiyi kimi, istiqraz əməliyyatları Çin və ABŞ-ın vergi ödəyiciləri, habelə İran və Şimali Koreyanın fiziki və hüquqi şəxsləri istisna olmaqla, dünyanın hər bir investoru üçün əlçatandır.
Bank investorlara təxminən 0,7% gəlirlilik təklif edir ki, bu da adi depozitlər üçün bazar qiymətlərindən xeyli yüksəkdir. Qeyd edək ki, qiymətli kağızların buraxılışını “China Construction Bank”ın filialı təşkil edəcək.
Son həftələrdə bitkoinin dəyəri artmaqdadır: “CoinMarketCap” birjasındakı məlumatlara əsasın, qiymət 15 min dolları ötüb. Bitkoin 20 min dollar səviyyəsinə çatdıqdan sonra kriptovalyutanın dəyəri sürətlə enməyə başlayıb.