1 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən effektiv təhsil sistemi haradadır?

Bu yaxınlarda Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın (Programme for International Student Assessment) nəticələri dərc edilmişdir. Göstəricilər müxtəlif ölkələrdən 15 yaşınadək uşaqların təhsilə nə qədər vaxt ayırdığını və bunun onların davamiyyətinə necə təsir etdiyini nümayiş etdirir. 

Sinqapur və Hon-Kongda uşaqlar təkcə məktəbdə deyil, həmçinin evdə də təhsil alırlar və bu, digər şagirdlərlə müqayisədə çox nəzərə çarpır. Digər ölkələrdə, məsələn, ABŞ-da yeniyetmələr təhsilə çox vaxt ayırsalar da, orta nəticələr göstərirlər – gündəlik dərslər və ev tapşırıqları onların davamiyyətinə müsbət təsir göstərmir. 

Finlandiya kimi ölkələrdə uşaqlar yeddi yaşında məktəbə gedirlər. Qeyd edək ki, orada ev tapşırıqları adətən çox olmur, testlər isə kifayət qədər sadədir (bu o deməkdir ki, əlavə məşğələlərə pul xərcləmək lazım deyil). Məktəblilər dərslərə daha az vaxt sərf etmələrinə baxmayaraq, yaxşı oxuyurlar. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil şöbəsinin rəhbəri Andreas Schleicher bunu “öyrənmə məhsuldarlığı” adlandırır. 

qrafik təhsilGöründüyü kimi, təhsil sisteminin effektivliyinə görə birinci yerdə Finlandiyadır. Almaniya və İsveçrə müvafiq olaraq ikinci və üçüncü yer alıblar.  Bu ölkələrdə şagirdlər başqaları ilə müqayisədə “qısa müddətdə daha çox şey öyrənirlər”.  

Dünya ölkələri arasında BƏƏ-də yaşayan şagirdlər təhsilə ən çox vaxt ayırsalar da, davamiyyət göstəricilərinə görə axırıncı yer tutublar.  

Son xəbərlər
Digər xəbərlər