2 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən nüfuzlu şirkətləri – Top 100-lük

Amerikanın “Time” jurnalı dünyanın ən nüfuzlu şirkətlərinin reytinqini təqdim edib. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Siyahıya texnoloji startaplar, kriptovalyuta şirkətləri və əczaçılıq korporasiyaları daxil olub. Ümumilikdə, reytinq bütün şirkətləri beş kateqoriyaya bölür: “Pionerlər”, “Liderlər”, “Yenilikçilər”, “Nəhənglər” və “Dağıdıcılar”. Bu kateqoriyaların hər birində 16-21 şirkət yer alıb.

“Pionerlər” kateqoriyasının lideri Riz Uizerspunun “Hello Sunshine”markasışirkəti seçilib. Aktrisa və prodüser şirkətini 2016-cı ildə qurub, onun realizə etdiyi ən populyar layihələr sırasında “Big Little Lies” və “Fires Smolder Everywhere” serialları yer alıb. Bu kateqoriyaya həmçinin Rihannanın alt geyim markası “Savage X Fenty”, tanışlıq tətbiqi “Bumble”, yulaf südü markası “Oatly”, ət istehsalçısı “Beyond Meat” və idman agentliyi “Klutch Sports” daxil olub.

“Liderlər” kateqoriyasına “Apple” korporasiyası, “Delta” aviaşirkəti, “Pfizer” və “BioNTech” əczaçılıq şirkətləri, elektronika istehsalçısı “Sony”“Nike” brendi, “Twitter” sosial şəbəkəsi, ödəniş sistemi “Mastercard”, avtomobil istehsalçısı “Volkswagen” və koronavirus əleyhinə daha bir peyvənd yaratmış “Johnson & Johnson” daxil olub.

“Yenilikçilər” kateqoriyasına əczaçılıq şirkəti “Moderna”, konsol və video-oyun istehsalçısı “Nintendo”, striminq xidməti “Netflix”, oyuncaq istehsalçısı “Lego”, videokonfrans platforması “Zoom”, kompüter oyunlarının istehsalçısı “Epic Games”, musiqi xidməti “Spotify”“Adidas” brendi, İsveçin “IKEA” riteyleri və “TikTok” sosial şəbəkəsi yer alıb. Bildirildiyi kimi, bu kateqoriyanın lideri “Gro Intelligence” analitika şirkəti seçilib.

“Nəhənglər” kateqoriyasına elektron ticarət platforması “Alibaba”“Facebook” sosial şəbəkəsi, mediakonqlomerat “Disney”“Google” korporasiyası, proqram təminatçısı “Microsoft”“FedEx” nəqliyyat şirkəti, elektronika istehsalçısı “Samsung”, investisiya şirkəti “Tencent”“SoftBank” holdinqi, “Walmart” ticarət şəbəkəsi, kriptoplatoplatforma “Coinbase”, neft-qaz şirkəti “BP”, istehlak məhsullarının istehsalçısı “Unilever”, ticarət platforması “Amazon”, ödəniş sistemi “PayPal”, telekommunikasiya konqlomeratı “AT&T” daxil olub. Kateqoriyanın lideri “General Motors” seçilib.

Sonuncu “Dağıdıcılar” kateqoriyasına telekom-konsern “Huawei”, proqram təminatçısı “Shopify”, elektromobil istehsalçısı “Tesla”“OnlyFans” platforması, yaşayış yeri icarəsi xidməti “Airbnb”“Clubhouse” sosial şəbəkəsi, kosmos şirkəti “SpaceX”, maliyyə şirkəti “Robinhood”, nəqliyyat konqlomeratı “Didi”, onlayn-kurs provayderi “Coursera” yer alıb. Bu kateqoriyanın lideri genetik müxtəlifliyin analizi ilə məşğul olan “Illumina” şirkəti seçilib.

Xatırladaq ki, 2020-ci ilin sentyabr ayında “Time” jurnalı “Dünyanın ən nüfuzlu insanları” siyahısını tərtib etmişdir.

Son xəbərlər
Digər xəbərlər