16 C
Baku
Thursday, April 25, 2024

Dünyanın ən qəddar insanlarının dahi sitatları

Silsilə qətllər törədən qatilləri, diktatorları, sektantları – onların dəhşətli davranışlarına görə mühakimə etməyə adət etmişik.

Lakin bu o demək deyil ki, biz qəddar insanlardan nə isə öyrənə bilmərik. Onların bir çoxu çox qəddar olmaları ilə yanaşı, ağıllı və təhsilli də olmuşlar.

Aşağıdan dünyanın ən qəddar insanlarından bir neçəsinin məşhur sitatlarını təqdim edirik:

Adolf Hitler

«Yolunu seçdinsə – bu yolda sona qədər get»

“Böyük fürerin” yolu onu Fürerbunkerə qədər gətirib çıxardı, harda ki, o özünə qəsd etdi. Lakin bununla yanaşı, o seçdiyi yolu sona qədər getdi. Hitler özü həbsdə, partiyanın isə dağılmaq ərəfəsində olması ona ən güclü hərbi-siyasi qüvvəni yaratmağa mane olmadı.

Atilla

«Başqalarının qərarlarını mühakimə etmək üçün daha az cəsarət tələb olunur, nəinki öz qərarlarının üstündə durmaq»

Öz qardaşını qətlə yetirən və Avropanın yarısını əsarət altına alan Hun qəbiləsinin sərkərdəsi mühakimə etməyin yeni ideyalar yaratmaqdan daha asan olduğunu deyərkən çox haqlı idi. Qərarlarınız çoxlarının xoşuna gəlməyə bilər, hətta bir çoxları sizdən üz döndərə bilər, lakin öz doğruluğunuza əminsinizsə öz qərarlarınızın üzərində duracaq cəsarətiniz olsun.

Napoleon Bonapart

«Mümkünsüz – axmaqların lüğətində olan sözdür»

Hər dəfə gücünüzün tükəndiyini və bu “mümkünsüzdür” deyib hər şeyi yarıda qoymamışdan əvvəl Napoleon Bonapartın bu sözlərini xatırlayın. Fransalı sərkərdə yüzlərlə hərbi qələbəyə nail olmuşdu və onun üçün mümkünsüz deyilən bir şey yox idi.

Çarlz Menson

«Mən öz krallığımda kralam, hətta bu çirkab krallığı olsa belə»

Amerikalı manyak-qatil Çarlz Menson sözsüz ki, öz “ailəsində” “kral” idi. Lakin onun sözlərində məna var idi: ətrafın necə olursa olsun, yaxşıların yaxşısı olmağa çalış.

Benito Mussolini

“Yüz il qoyun kimi yaşamaqdansa, bir gün aslan həyatı sürmək daha yaxşıdır”

“Faşizm zadəganı” heç şübhəsiz ki, özünü aslan hesab edirdi. Ta ki qaçmağa və gizlənməyə məcbur olub öz yolunu Meççeqra kəndinin ətrafında başa çatdıracaqdı. Hər nə olursa olsun lider olun və təbiətin kralı kimi yaşayın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.