1 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən varlı adamı bir gündə $11 mlrd. itirib

Dünyanın ən varlı adamı, LVMH qrupunun sahibi Bernard Arno səhmlərin düşməsi səbəbindən bir gündə 11.2 milyard dollar itirib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Agentliyin məlumatına görə, LVMH səhmləri mayın 23-də “Euronext” birjasında ticarət zamanı 5% dəyər itirib. Ümumilikdə, sessiya zamanı Avropanın dəbdəbəli mal istehsalçıları təxminən 30 milyard avro ucuzlaşıb.

Aprel ayında Bernar Arno dünyanın ən varlı adamı olub. Milyarderin sərvəti il ​​ərzində 53 milyard dollar artıb. Səhmlərin ucuzlaşmasına baxmayaraq LVMH-in rəhbəri reytinqdə birinciliyini qoruyub saxlayır. “Bloomberg” onun sərvətini 191.6 milyard dollar olaraq qiymətləndirir.

Son xəbərlər
Digər xəbərlər