2 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən varlı adamının keçmiş həyat yoldaşı xeyriyyəyə 4,1 mlrd. dollar pul bağışlayıb

Dünyanın ən varlı admı Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott son dörd ayda xeyriyyə işlərinə 4,1 milyard dollar pul bağışlayıb. Bu barədə o, öz medium.com bloqunda yazıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Bildirilir ki, Skott amerikalılara yardım edən 384 təşkilata vəsait bağışlayıb. Məsələn, “insanların əsas ehtiyaclarını təmin edən” qida banklarına və ya təcili yardım fondlarına.

Qeyd edək ki, xeyriyyə yardımını alan digər müəssisələr “böhran nəticəsində güclənən sistematik bərabərsizliklə” mübarizə aparırlar. Onlar insanların peşə təhsilini, yoxsullara maliyyə yardımlarını və ayrı-seçkiliklə qarşılaşanlar üçün qanuni müdafiəni təmin edir.

Skott vurğulayır ki, bağışlanan pullar təşkilatlar tərəfindən “hər hansı bir öhdəliyin olduğu” anlamına gəlmir. “Qeyri-kommersiya təşkilatları xroniki maliyyə çatışmazlığından əziyyət çəkməklə yanaşı, vaxtın böyük hissəsini hesabat tələblərinə ayırırlar”, – deyə Skott söyləyib.

İanələri nəzərə alsaq, Makkenzi Skottun sərvəti hal-hazırda 55,1 milyard dollar dəyərində qiymətləndirilir və o, dünyanın ən zəngin qadınları sırasında Fransuaze Betankur-Mayers (72,3 milyard dollar) və Elis Uoltondan (68 milyard dollar) sonra üçüncü yeri tutur.

Son xəbərlər
Digər xəbərlər