33 C
Baku
Monday, June 17, 2024

Dünyanın ən varlı insanları harada istirahət edir?

Aşağıda sizə dünyanın ən varlı insanlarının istirahət etdiyi məkanların reytinqini təqdim edirik.

“Cote d’Azur” istirahət məkanı olaraq dünyanın ən varlı insanları arasında məşhurdur və burada 5 otaqlı villanın qiyməti 28,5 milyon dollaradır. Fransada yerləşən bu cənnət güşəsi planetin ən çox sevilən və dəbli istirahət yerlərindən biridir. Nitsa, Kann, Antib kimi əfsanəvi şəhərlər dünyanın ən varlı insanlarını özünə cəlb edir.

Avropa reytinqində ikinci yeri italyan Sardiniyasının Zümrüd sahili tutmuşdur. Zümrüd sahili bütün dünyada məşhur turistik məkandır. Zümrüd sahili Olbiyadan Palauya qədər 80 km uzunluğunda uzanır. Dünyaca məşhur dəvli evlər Potro-Çerve şəhərində yerləşir. Burada körpüdə yerləşən restoranda bir dondurmanı dəyəri 30 avrodur. Bu möhtəşəm məkanda məşhur siyasətçiləri və şou-biznes ulduzlarını görmək mümkündür.

Siyahıda üçüncü yeri Monako krallığında yerləşən “Mavi sahil” tutur. Dünyaca məşhur Monte-Karlo kazinosu, “Formula-1” grand-prix-si, ən yaxşı otellər və restoranlar burada yerləşir. Aydındır ki, bu rahatlıq ucuz başa gəlməyəcək. Monako otelləri öz ziyarətçilərinə yüksək rahatlıqla yanaşı, yüksək qiymətlər də təklif edir. Ölkədə ümumilikdə 15-ə yaxın otel açılıb.

1383043386 070022 23

Reytinqdə dördüncü pilləni İsveçrənin xizək kurortu Sankt-Moriç tutmuşdur. Bu kurort dünyanın ən qədim kurort ərazilərindən biri hesab edilməklə, Enqadin vadisində yerləşir və öz unikal iqlimi ilə öyünə bilər. Qeyd edək ki, kurort iki hissədən – Sankt-Moriç-Dorf və Sankt-Moriç-Bad-dən ibarətdir.

Beşinci pilləni isə Qştad kurortu tamamlayır və dünyanın ən varlı insanları arasında məşhurdur. Buraya bütün dünyadan kino ulduzları, aristokratlar, biznesmen və siyasətçilər gəlir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər