16 C
Baku
Wednesday, May 1, 2024

Dünyanın ən yaxşı kameraya sahib smartfonu Azərbaycanda satışa çıxarılacaq

Son vaxtlar smartfon və süni intellekt texnologiyaları sahəsində yenilikləri ilə seçilən HONOR Device Co. Ltd. şirkəti dünyanın ən yaxşı kameraya sahib telefonu olaraq DxOMark mükafatına layiq görülən “HONOR Magic6 Pro”nu Azərbaycanda satışa çıxaracaq.

“HONOR Azərbaycan”ın verdiyi məlumata görə, “HONOR Magic6 Pro”nun Azərbaycanda təqdimatı aprelin 26-da baş tutacaq. Bununla bağlı məlumat smartfonun İstanbul təqdimatında verilib.

Qeyd edək ki, HONOR Magic6 Pro telefon bazarında hazırda mövcud olan ən yüksək səviyyəli smartfonlardan biri kimi tanınır.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər