21 C
Baku
Tuesday, October 8, 2024

Dünyanın ən yaxşı müdiri

Restoran sahibi Maykl De Bayer 17 ildir sahib olduğu biznesi öz işçisinin həyatını qurtarmaq üçün satmaq qərarına gəlir. Onun işçisində beyin şişi aşkarlanmışdı. Keçən ilin dekabrında Metis ayağında səpkilər olduğu üçün həkimə gedir. Təhlil nəticəsində xanım Metisdə beyin şişi olduğu açıqlanmışdı. Bununla yanaşı Brittaninin tibbi sığortası olmadığı üçün o, onun şişinin vəziyyətini (xoş və yaxud bəd xassəli olmasını) öyrənə biləcək prosedurun aparılmasına belə pulu yox idi.

Bunu öyrənən Metisin müdiri De Beyer restoranını satmaq qərarına gəlir. O, özü öz restoranını iki milyon dollarlıq dəyərləndirir və satışdan əldə etdiyi pulları Brittaninin müalicəsinə sərf etmək qərarına gəlir.

“Brittaninin ailəsi çox əziyyət çəkib və onlar heç kəsdən yardım istəmirlər”, – deyə De Beyer açıqlayıb. – “Və mən buna tamaşa edərək heç bir tədbir görməyə bilməzdim”.

3028505-R3L8T8D-650-Boss-Tumor-restaurant

Son xəbərlər
Digər xəbərlər

3 ŞƏRH

Comments are closed.