15 C
Baku
Friday, March 29, 2024

Dünyanın ən yaxşı universitetlərinin reytinqi

Dördüncü yerdə ABŞ-ın ən məşhur təhsil ocaqlarından biri Harvard Universiteti qərarlaşıb.

Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkəti dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini açıqlayıb.

Siyahıya keçən il olduğu kimi Massaçusets Texnologiya İnstitutu başçılıq edir.

İkinci yeri keçən illə müqayisədə reytinqdə irəliləyən Kembrij universiteti, üçüncü yeri isə Londonun İmperial Kolleci tutub. Dördüncü yerdə ABŞ-ın ən məşhur təhsil ocaqlarından biri  Harvard Universiteti qərarlaşıb, beşinci-altıncı yerləri isə İngiltərənin cənubunda, Oksford qraflığında yerləşən eyni adlı universitet və London Universitet Kolleci bölüşdürüblər.

İlk onluğu ABŞ-ın dörd ali məktəbi tamamlayır: Stenford universiteti, Kaliforniya Texnologiya İnstitutu, Prinston və Yel universitetləri.

APA

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.