14 C
Baku
Thursday, March 28, 2024

Dünyanın ən zəngin adamı yenə Jeff Bezosdur

“Louis Vuitton” və “Dior” şirkətlərinin sahibi Bernard Arno, dünyanın ən zəngin insanları reytinqində liderliyini itirib.

Banker.az xəbər verir ki, milyarder bu mövqeyini cəmi 3 gün əldə saxlaya bilib. Qiymətləndirmələrə görə, çərşənbə axşamı günü Bernard Arnonun sərvəti 3,7 milyard dollar azalıb. Bunun əsas səbəbi kimi Çində investorların gözünü qorxuzan yoluxucu virusun yayılması olub.

“Forbes” jurnalı bildirir ki, dünyanın ən zəngin adamı yenə Jeff Bezosdur, onun sərvəti 115,5 milyard dollar dəyərində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər