8 C
Baku
Tuesday, March 19, 2024

Dünyanın ən zəngin insanlarının siyahısına yeni şəxs liderlik edir

Dünyanın ən varlı insanlarının sıralama cədvəlində dəyişiklik olub.

Fransanın LVMH şirkətinin rəhbəri Bernard Arnault “Amazon” şirkətinin təsisçisi Ceff Bezosu “Forbes”in siyahısında ilk pillədən aşağı endirib. 

“Ria Novosti”nin xəbərinə görə, bu haqda “Forbes” dərgisi məlumat verib.

Qeyd olunur ki, Arnaultu ilk pilləyə yüksəldən səbəb onun şirkətinə məxsus səhmlərin qiymətinin 0,7 faiz artmasıdır. Bu artım fransalı biznesmənə 1,9 milyard dollar qazandırıb.

“Amazon” şirkətində isə tam əksinə, səhmlər 0,7 faiz aşağı düşüb. Nəticəsə Ceff Bezos 760 milyon dollar itirib.

Hazırda Bernard Arnaultun sərvəti 117, Ceff Bezosun isə 115,6 milyard dollar təşkil edir.                                                                         Oxu.az

Son xəbərlər
Digər xəbərlər