23 C
Baku
Tuesday, April 23, 2024

Dünyanın ən zənginləri – azərbaycanlı milyarder 176-cıdır

Xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın zəngin insanı ötən illərdə olduğu kimi Microsoft-un təsisçisi Bill Geyts olub. O, 2016-ci ilin ilk ayında 1,5 milyard dollar maliyyə itkisi ilə üzləşsə də, Bloombergin məlumatına görə 1 fevral tarixi üçün 78,7 milyard dollara sahibdir. 

1,1 milyardlıq maliyyə itkisi ilə üzləşən ispan iş adamı Amansio Orteqa 69,3 milyard dollar, 1,4 milyard pul itirən avtraliyalı Uorren Baffet isə 59,6 milyard dollar sərvətə malikdir.

Mark Zukerberq 50 milyard dollarla 4-cü, Ceff Bezos isə 49,1 milyard dollarla 5-ci pillədə qərar tutub.

Azərbaycan mənşəli rusiyalı iş adamı, Lukoyl neft şirkətinin prezidenti Vahid Ələkbərov isə dünyanın ən zənginləri reytinqində 176-cı pillədə yerləşib. Yanvar ayında 341,6 milyon dollar itirsə də, milyarderin hələ 6,5 milyard dollar pulu var.

İtaliyanın qalmaqallı sabiq baş naziri Silvio Berluskoni isə yanvarda 100,4 milyon dollar itirməsinə rəğmən ən zəngin 189-cu şəxs kimi 6,2 milyard dollar sərvəti var.

 

Modern

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər