14 C
Baku
Wednesday, April 17, 2024

Dünyanın 10 ən kiçik və ən zəngin ölkəsi

Bir çox cırtdan dövlətin qlobal iqtisadiyyata heç bir təsiri yoxdur. Onlar çoxlu gəlir mənbələrinə sahib olmaq üçün çox kiçikdirlər və bazarlardakı dalğalanmalardan asılıdırlar. Bütün zəifliklərə baxmayaraq, bəzi cırtdan ölkələr varlanmağı bacarıb. Odur ki, bu ölkələri sizə təqdim edirik.

Diskleymer

Müqayisə üçün

ABŞ:

  • Sahəsi: 9 525 067 kv. km
  • Əhalisi: 331 milyon nəfər
  • Adambaşına düşən gəlir (ÜDM): $69 231

Rusiya:

  • Sahəsi: 17 125 191 kv. km
  • Əhalisi: 145 milyon nəfər
  • Adambaşına düşən gəlir (ÜDM): $30 850

1. Maldiv adaları

content hotel 60f45265526fd4.47099838

  • Sahəsi: 298 kv. km
  • Əhalisi: 541 min nəfər
  • Adambaşına düşən gəlir (ÜDM): $26 270

Mərcan adalarından fərqli olaraq, Maldivlər gəlirinin böyük hissəsini kurortlardan alır. 2015-ci ildə xidmət sahəsi Maldivlərə ÜDM-in 81%-i qədər qazanc gətirib. 2022-ci ildə bu sektorun payı 70.76%-ə düşüb.

Maldiv adaları münbit torpaqlarla zəngin deyil, ona görə də ölkədə kənd təsərrüfatı zəif inkişaf etmişdir. Bu seqmentdə əsas ixrac məhsulu kokos və onun emal olunmuş məhsullarıdır.

Balıqçılıq və balıq məhsullarının satışı Maldiv adalarının ikinci ən böyük gəlir sektoru və əsas ixrac sütunudur.

Asiya İnkişaf Bankının proqnozlarına görə, 2022-ci ildə Maldiv adalarının ÜDM artımı 11% olmalıdır.

2. Seyşel adaları

thumbnail5

  • Sahəsi: 455 kv. km
  • Əhalisi: 98 min nəfər
  • Adambaşına düşən gəlir (ÜDM): $32 000

Yüzdən çox adanı özündə birləşdirən Hind okeanındakı arxipelaq 1976-cı ildə Britaniyadan müstəqillik qazanıb. Müstəqilliyin 45 ili ərzində ölkədə adambaşına düşən ÜDM yeddi dəfə artaraq Afrikada ən yüksək göstəriciyə çevrilib.

Hələ XIX əsrdə adalarda əsas gəlir mənbəyi pambıq və şəkər qamışı plantasiyaları idi. Sonralar orada ədviyyatlar, paçuli və kokos yetişdirildi. İndi Seyşel adaları iqtisadiyyatının əsası Maldiv adaları ilə eynidir – turizm. Ondan əldə edilən gəlir ÜDM-in 55%-ni təşkil edir, adaların bütün əmək qabiliyyətli əhalisinin təxminən 25%-i bu sahədə çalışır.

Seyşel adalarının başqa gəlir mənbələri də var. Son bir neçə ildə hökumət məqsədyönlü şəkildə turizmdən asılılığın azaldılması, balıqçılıq sənayesinin, kənd təsərrüfatının və kiçik biznesin inkişafının stimullaşdırılması yolu ilə getmişdir.

Buna baxmayaraq, gəlir mənbələrinin şaxələndirilməsi Seyşel adlarını pul problemindən tamamilə xilas etməyək, çünki iqlim dəyişikliyi balıq ovuna zərbə vurur.

3. Malta

view of valletta valletta malta the capital of malta malta v

  • Sahəsi: 315 kv. km
  • Əhalisi: 442 min nəfər
  • Adambaşına düşən gəlir (ÜDM): $49 560

Malta – Avropa İttifaqında ən kiçik iqtisadiyyata sahibdir. Ölkə xarici borcun, eləcə də işsizlik səviyyəsinin aşağı olması ilə seçilir. Malta beynəlxalq ticarətdən çox asılıdır – o, ərzaq ehtiyacının yalnız dörddə birini özü ödəyə bilir. Lakin onun öz gəlir mənbələri var ki, bu da Maltanı adambaşına düşən ÜDM-in ən yüksək olduğu cırtdan ölkələrdən birinə çevirir.

İlk növbədə, bu, turizmdir. Çoxəsrlik tarixə malik bu ölkədə bir çox görməli yerlər, çimərliklər və spa-hotellər var.

Malta dünyanın ən mühüm maliyyə xidmətləri mərkəzlərindən biridir. İlk baxışdan bu qəribə görünür, çünki burada gəlir vergisi 35% təşkil edir. Lakin qanunvericilik elə qurulub ki, vergilərin çox hissəsi ödənildikdən sonra məbləğin bir qismi səhmdarlara geri qaytarılır. Eyni zamanda, ölkə şirkətlərə öz bizneslərini redomisilizasiya etmək imkanı verir.

Bu ada dövlətində miras vergisi yoxdur, əmlak və daşınmaz əmlaka görə isə vergilər çox aşağıdır. O, həm də ƏDV-nin 20%-dən aşağı və 18%-ə bərabər olduğu azsaylı Avropa İttifaqı ölkələrindən biridir.

4. Bəhreyn

091 12

  • Sahəsi: 665 kv. km
  • Əhalisi: 1.7 milyon nəfər
  • Adambaşına düşən gəlir (ÜDM): $53 384

Bu ölkə Fars körfəzində, Səudiyyə Ərəbistanına yaxın olan ərazilərdə yerləşir. Bir çox digər ada dövlətlərindən fərqli olaraq, Bəhreyn iqtisadiyyatı turizm xidmətlərinin göstərilməsinə deyil, faydalı qazıntıların ticarətinə əsaslanır.

Uzun müddət yerli sakinlərin əsas gəliri mirvari hasilatı idi. 1932-ci ilə qədər ölkədə neft yataqları aşkar edilmişdir. Bu, məhz vaxtından baş vermişdir – 30-cu illərdə mirvarilərin süni olaraq yetişdirilməsi texnologiyaları bütün dünyada yayıldı və onun qiyməti kəskin şəkildə aşağı düşdü.

Hazırda Bəhreyndə neft hasilatı və emalı dövlət gəlirlərinin 70%-ni və ÜDM-in 11%-ni təşkil edir. İkinci ən böyük ixrac əmtəəsi alüminium oksidindən hasil edilən alüminiumdur.

Maliyyə xidmətləri – islam bankçılığı üçün məşhur ofşor və dünya mərkəzi Bəhreynin sərvətinin başqa bir sütunudur. Qeyd edək ki, islamın dini postulatları kreditdən faiz götürməyi qadağan edir, ona görə də islam bankçılığı əslində faizsizdir. Belə maliyyə təşkilatları investisiya yolu ilə gəlir əldə edirlər.

Bəhreynin digər mühüm gəlir mənbələri gəmiqayırma və gübrə istehsalıdır.

5. Andorra

dafb84efc57325ba2a09e2c797764fd3

  • Sahəsi: 468 kv. km
  • Əhalisi: 77 min nəfər
  • Adambaşına düşən gəlir (ÜDM): $58 383

Andorra knyazlığı Pireney dağlarında, Fransa və İspaniya arasında yerləşir. Bu ölkə Avropa İttifaqının bir hissəsi deyil, lakin yerləşməsinə görə Monako və San-Marino kimi xüsusi gömrük statusuna malikdir.

Ümumiyyətlə, Andorra Avropada ən aşağı vergi dərəcələrinə və beynəlxalq şirkətlər üçün böyük vergi güzəştləri paketinə malik iqtisadi zonadır.

Andorra iqtisadiyyatının üç sütunu var – turizm, ticarət və maliyyə xidmətləri. Onlar birlikdə ölkənin ÜDM-nin təxminən 75%-ni təşkil edir. Koronavirus ölkədəki vəziyyəti bir qədər sarsıdıb, 2020-ci ildə ÜDM-in səviyyəsini 11,9% azaldıb.

6. San-Marino

1412074454 samye bogatye malenkie strany 1

  • Sahəsi: 61 kv. km
  • Əhalisi: 34 min nəfər
  • Adambaşına düşən gəlir (ÜDM): $65 319

San-Marino Avropanın ən kiçik dövlətlərindən biridir. Onun ərazisində praktiki olaraq heç bir faydalı qazıntı yoxdur və ölkə elektrik enerjisini bütünlüklə qonşu İtaliyadan alır. Eyni zamanda, San-Marino aşağı korporativ və faiz gəlir vergilərinə görə investisiya üçün cəlbedici sayılır. Burada gəlir vergisi Aİ-nin orta göstəricilərindən təxminən üç dəfə aşağıdır.

Uzun müddət San-Marino məşhur ofşor zona idi, lakin son vaxtlar ölkə bu iqtisadi modeldən uzaqlaşır. O, çirkin pulların yuyulması ilə mübarizə üzrə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığa başlayıb və 2017-ci ildə Avropa İttifaqı daxilində bank sirrini tərk edib. Lixtenşteyn və İsveçrə də San-Marino ilə oxşar müqavilələr imzalayıb.

San-Marinoda həyat səviyyəsi ən firavan İtaliya əraziləri ilə müqayisə edilə bilər.

7. Sinqapur

zalivo 1

  • Sahəsi: 778 kv. km
  • Əhalisi: 5.85 milyon nəfər
  • Adambaşına düşən gəlir (ÜDM): $116 487

Hələ 50 il əvvəl Sinqapur Malayziya Federasiyasından qovulmuş kiçik bir kasıb şəhər idi. O, işsizlik problemlərindən, zəif infrastrukturdan, mənzil çatışmazlığından əziyyət çəkirdi və adambaşına ən aşağı gəlirli ölkələrdən biri sayılırdı.

İndi bu şəhər-dövlət dünyanın ən rəqabətli və inkişaf etmiş bazar iqtisadiyyatları sırasındadır. Onun adambaşına düşən ÜDM-si isə regionda ən yüksək göstəriciyə malikdir. 2020-ci illə müqayisədə Sinqapurun ÜDM-si 50 dəfə artıb.

İqtisadi möcüzə Britaniyada təhsil almış siyasətçi, bəzən “maarifçi despot” adlandırılan Li Kuan Yunun islahatları sayəsində baş verdi. Siyasətçinin fikrincə, vətəndaş azadlığı ölkənin inkişafı üçün yalnız maneə idi. O, Sinqapur üçün unikal hökumət modelini yaratdı, hansıki özündə avtoritar güc prinsipini və iqtisadiyyata liberal yanaşmanı birləşdirir.

60-cı illərdə Li Kuan Yu siyasətə sərt nəzarət tətbiq etdi, rəqiblərini məhv etdi və media azadlığını kəskin şəkildə məhdudlaşdırdı. Sinqapur əhalisi hələ də dünyada ən çox tənzimlənənlərdən biridir.

Ölkədə 50-ci illərdə iqtisadiyyatın bəlası olan korrupsiya praktiki olaraq yoxdur. Bunun üçün Li Kuan Yu polisin tərkibini tamamilə dəyişdi, hakimlərin maaşlarını əhəmiyyətli dərəcədə artırdı və dövlət qurumları arasında korrupsiya hallarının araşdırılması üçün xüsusi qurum yaratdı.

1965-ci ildən ölkə birbaşa xarici investisiyaları cəlb etmək və iqtisadiyyatı qloballaşmaya açmaq kursundadır.

Bu gün xidmətlər – Sinqapur iqtisadiyyatının əsasını təşkil edir. Ölkə maliyyə və sığorta ilə yanaşı, informasiya və rabitə xidmətləri də göstərir. Ölkənin dəniz limanı daşınan yüklərin tonnajına görə dünyada liderdir.

8. Lüksemburq

DSC04884 1426146

  • Sahəsi: 2586 kv. km
  • Əhalisi: 626 min nəfər
  • Adambaşına düşən gəlir (ÜDM): $131 875

Lüksemburq Hersoqluğu – dünyada hökmdarı “böyük hersoq” tituluna malik olan sonuncu dövlətdir. Kiçik ərazisinə və aşağı əhali sayına baxmayaraq, Lüksemburq uzun illər ərzində güclü inkişaf, aşağı inflyasiya və işsizlik ilə xarakterizə olunan sabit iqtisadiyyata sahibdir.

Böyük dəmir filizi ehtiyatlarına görə metallurgiya əvvəlcə dövlətin iqtisadiyyatının əsasını təşkil edirdi. Ölkənin gəlirlərində metallurgiyanın payının tədricən azalması yalnız XX əsrin 60-cı illərində baş verdi. Bir neçə onillikdən sonra Lüksemburq iqtisadiyyatının əsas sektorunun rolu maliyyə xidmətləri sektoruna keçdi.

Ölkədə 200-dən çox bank, bir neçə min holdinq şirkəti və transsərhəd investisiya fondu var. Moody’s-in məlumatına görə, investisiya fondlarına yerləşdirilən aktivlərə görə Lüksemburq ABŞ-dan sonra ikinci yerdədir.

Uzun müddət ölkə ofşor kimi cəlbedici idi. Son illərdə Lüksemburq Aİ-nin digər ölkələrinin təzyiqi ilə bu cür üstünlüklərini itirib.

2002-ci ildən Lüksemburq iqtisadiyyatın diversifikasiyası siyasətini həyata keçirir. Hökumət perspektivli innovativ sənayelərə – informasiya və kommunikasiya texnologiyalarına, səhiyyəyə (o cümlədən biotexnologiya və biotibb), yaşıl enerji və logistikaya diqqət yetirir.

9. Monako

fonvej principaut monako knyazhestvo monako c te d azur lazurnyj bereg gorod more yaxty doma zdaniya vecher ogni

  • Sahəsi: 2.02 kv. km
  • Əhalisi: 39 min nəfər
  • Adambaşına düşən gəlir: $173 688 (Dünya Bankının 2020-ci ilə olan məlumatına görə)

Monako knyazlığı Monte-Karlodakı kazinoları ilə məşhurdur və bu, uzun bir ənənədir. ХIХ əsrdən Monako əyləncə turizminin mərkəzi olub – ölkənin ən məşhur kazinosu 1865-ci ildə açılıb. Uzun onilliklər ərzində kiçik knyazlığın əsas gəlir mənbəyi qumar oyunları sayılıb.

Zamanla turizm və qumar sənayesinin mövqeyi zəiflədi və onların yerini digər sahələr tutdu. 2022-ci ildə turizmin Monako iqtisadiyyatına birbaşa və dolayı təsiri 11%, əyləncə şəbəkəsinin isə 4% təşkil edib.

Dəbdəbəli daşınmaz əmlak – Monako iqtisadiyyatının digər mühüm hissəsidir. Ştatda yeni evlər üçün çox az yer var, ona görə də oradakı daşınmaz əmlakın hər kvadratmetrinə görə qiymətlər dünyada ən yüksəklərdən biridir.

10. Lixtenşteyn

likhtenshteyn

  • Sahəsi: 160 kv. km
  • Əhalisi: 38 min nəfər
  • Adambaşına düşən gəlir (ÜDM): $175 813 (Dünya Bankının 2019-cu ilə olan məlumatına görə)

Kiçik ərazi və təbii ehtiyatların az olması Lixtenşteynin dünyanın ən uğurlu dövlətlərindən biri olmasına mane olmur. Ölkə siyasi sabitliyi və inkişaf etmiş demokratik cəmiyyəti ilə məşhurdur. Uzun müddət Lixtenşteyn öz kənd təsərrüfatı və tekstil sənayesindən asılı olan təcrid olunmuş bir dövlət idi. Ölkədə iş yerləri az idi və onun vətəndaşları daim xaricə işləməyə gedirdilər.

Amma sonra hər şey dəyişdi.

İkinci Dünya Müharibəsindən sonra neytral dövlət olaraq qalan Lixtenşteyn sürətli iqtisadi artım mərhələsinə qədəm qoydu. Buna iki mühüm amil kömək etdi: sənayeləşmə və sənaye müəssisələrinin inkişafı, habelə ölkənin beynəlxalq maliyyə sektorunda fəal iştirakı.

İndi ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biri maliyyə xidmətləridir. Lixtenşteyn etibarlı və sabit dövlət reputasiyası ilə məşhur ofşor zonadır. Aşağı biznes vergiləri və sadə qeydiyyat qaydaları bir çox holdinq şirkətlərini ölkədə nominal ofislər açmağa sövq edir. Bu, ölkəyə gəlirin 30%-ə qədərini gətirir.

Eyni zamanda, Lixtenşteyn sənaye dövlətidir. Knyazlığın ÜDM-nin 45,8%-i sənayenin payına düşür. Lixtenşteyn keramika protezləri, cərrahiyyə və zərgərlik alətlərinin aparıcı istehsalçılarından biridir.

Turizm də iqtisadiyyata, əsasən də xizək kurortlarına töhfə verir. Ölkənin kənd təsərrüfatı əhalini əsasən ət və südlə təmin edir. Kənd təsərrüfatı sektorunda ən əhəmiyyətli ixrac məhsullarından biri də dağların yamaclarında yetişdirilən üzümdən alınan şərabdır.

Son xəbərlər
Digər xəbərlər