2022-ci il dünya milyarderləri üçün tənəzzül ili olub. Çərşənbə axşamı açıqlanan “Forbes World’s Billionaires” reytinqinə görə, dünyanın ən zəngin 25 adamının sərvəti 2022-ci ildəki 2.3 trilyon dollardan 200 milyard dollar azalaraq 2.1 trilyon dollar olaraq qiymətləndirilir.
Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
“Amazon” səhmlərinin 38% ucuzlaşmıası səbəbindən Ceff Bezosun sərvəti 57 milyard dollar azalıb. Ən çox itirən ikinci şəxs İlon Mask olub – onun sərvəti 39 milyard dollar düşüb. İş adamı “Twitter”i aldıqdan sonra dünyanın ən varlı adamı statusunu itirib.
2023-cü ildə dünyanın ən varlı adamları:
1. Bernar Arno – 211.8 milyard dollar
2. İlon Mask – 180 milyard dollar
3. Ceff Bezos – 114 milyard dollar
4. Larri Ellison – 107 milyard dollar
5. Uorren Baffett – 106 milyard dollar
6. Bill Qeyts – 104 milyard dollar
7. Maykl Blumberq – 94.5 milyard dollar
8. Karlos Slim Elu və ailəsi – 93 milyard dollar
9. Mukeş Ambani – 83.4 milyard dollar
10. Stiv Balmer – 80.7 milyard dollar
2023-cü ildə reytinqin lideri LVMH-nin rəhbəri Bernar Arnodur. O, 53 milyard dollar qazanıb ki, bu da bütün milyarderlərin qazancından çoxdur.