Beynəlxalq Ödənişlər Bankı (BIS) və dünyanın aparıcı mərkəzi bankları kriptovalyutaların beynəlxalq bazarlardakı vəziyyətini qiymətləndirmək üçün birgə komissiya yaradıb.
Bu barədə Avropa Mərkəzi Bankının (ECB) açıqlamasında bildirilib.
Məlumata görə, kriptovalyutaları araşdırmaq üçün qurulan komissiyada Kanada, İngiltərə, Yaponiya, Avropa, İsveçrə Mərkəzi bankları, Riksbank və Beynəlxalq Ödənişlər Bankı yer alıb.
Qeyd edək ki, mərkəzi banklar kriptovalyutaların istifadə nümunələrini, iqtisadi, funksional və texniki dizayn variantlarını, bu sahədə beynəlxalq əməkdaşlığı və yeni texnologiyaları haqqında məlumat toplayacaq.
©Report