6 C
Baku
Sunday, December 15, 2024

Dünyanın İT nəhənglərindən daha birisi Rusiya bazarından çıxdı

Dünya İT nəhənglərindən daha birisi Rusiya bazarından çıxdığını rəsmi olaraq açıqlayıb.
40 il Rusiya bazarında işləyən, biznes həllər üzrə yalnız Oracle ilə müqayisə oluna bilən, Almaniyanın SAP (System Analysis Program Development. ) şirkəti Ukraynaya qarşı təcavüzə etiraz olaraq Rusiyanın İT ekosistemindən çıxdığını bildirib.
Rusiyanın ən nəhəng biznes qurumlarının bütöv infrastrukturunun ( maliyyə, kadr, biznes proseslər, satış, sifarişlər, anbar əməliyyatları, istehsal və s.) idarəetməsi məhz SAP həlləri, əsasən də ERP ( Enterprise Resource Planning) üzərində qurulmuşdu.
Bu həllərin yalnız birisinin dəyəri milyonlarla ölçülür, onların şirkətin infarstrukturuna inteqrasiyası uzun illər davam edir və milyonlarla vəsait tələb edir.
Anlaşıqlı desək, hansı şirkətdə SAP tətbiq edilirsə , şirkətin əsas nüvəsi, necə deyərlər beyni elə SAP hesab olunur.
SAP-ın Rusiya ofisində 1300 nəfər nütəxəssisi çalışırdı.
Qlobal SAP-ın bazar dəyəri 150 milyad avrodur, illik dövriyyəsi 25 milyard avrodur. Dünya ticarətinin 70%-dən çoxu SAP həlləri üzərindən keçir.
Son xəbərlər
Digər xəbərlər