8 C
Baku
Friday, March 29, 2024

Dünyanın onlayn MBA proqramının ilk reytinqi

MBA üzrə biznes-məktəb seçərkən tələbələr nəyi rəhbər tuturlar? Bir qayda olaraq, bu meyarlara işlə təmin olunma səviyyəsi, proqramın yaradılma tarixi, tələbə və müəllim heyətinin keyfiyyəti, iş təcrübəsi, dinləyicilərin müxtəlifliyi, iş və təhsili birləşdirmək kimi keyfiyyətlər aid edilir. QS kompaniyası tərəfindən ilk dəfə olaraq, onlayn və məsafəli MBA proqramlarının reytinqi təşkil olundu.

Məsafəli MBA proqramın seçilməsi indi daha asan olacaq. Əsasən də öz seçimlərində reytinqə əhəmiyyət verən insanlara üçün bu çox vacibdir. 2012-ci ilin iyul ayında QS World MBA Tour biznes-təhsil sərgisinin təşkilatçısı olan QS kompaniyası dünyada ilk dəfə olaraq, onlayn və məsafəli MBA proqramların reytinqini hazırladı.

Dinləyicilərin, eləcə də şirkətlərin onlayn təhsilə marağının artması ilə əlaqədar olaraq bu reytinq tərtib olundu. Əgər 2008-ci ildə məsafəli təhsillə tələbələrin yalnız 4,4%-i maraqlanırdısa, 2012-ci ildə bu göstərici 15,6%-ə qalxmışdır. Onlayn təhsilin Full-Time MBA proqramından fərqi ondan ibarətdir ki, o daha geniş auditoriyaya – öz həyat tərzini dəyişmədən idarəetmə bacarığını əldə etmək istəyənlər üçün çıxışı təmin edir.

Bir çox şirkətlər hələ də məsafəli MBA proqramı vasitəsi ilə alınmış təhsilə ehtiyatla yanaşırlar. Lakin Global Employer Survey şirkətinin sorğusu nəticəsində aydın olmuşdur ki, bir sıra yüksək texnologiyalı, internet və ya innovativ şirkətlər seçimi məhz qarışıq MBA təhsili alanlar üzərində edirlər. Onlar bunu əsas gətirirlər ki, bizə elə insanlar lazımdır ki, onlar iş və təhsili bir anda apara biliblər.

QS Distance Online MBA Ranking 201-2013 reytinqinə daxil olmaq üçün biznes-məktəblər və fərdi proqramlar mütləq akkreditə olunmalı, heç olmasa bir sinif buraxmalı və QS Global Employer Survey tərəfindən tanınmış şirkətlər arasında nüfuza malik olmalıdır. Hazırda reytinq özündə 15 məktəbi birləşdirir, təşkilatçıların qeyd etdiyinə görə 2012-ci il ərzində cədvəl daha böyüyəcək və 100 mövqedən ibarət olacaq.

Sıra Biznes-məktəb MBA proqramını adı
1 IE Business School Global MBA
2 Warwick Business School MBA by Distance Learning
3 Manchester Business School Global MBA
4 Thunderbird School of Global Management Online Global MBA
5 Indiana University, Kelley School of Business Kelley Direct MBA
6 Imperial College Business School Distance Learning MBA
7 Durham Business School Global MBA
8 Euro-MBA Online MBA
9 Penn State University Online MBA
10 Temple University, Fox School of Business Online MBA
11 Drexel University, Le Bow School of Business MBA Anywhere
12 Henley Business School MBA by Flexible Learning
13 Aberdeen Business School e-MBA
14 UT Dallas School of Management Online MBA
15 Arizona State University Online MBA

Son xəbərlər
Digər xəbərlər