15 C
Baku
Tuesday, April 30, 2024

Dünyanın yaşamaq üçün ən bahalı şəhərləri – Bakı neçənci yerdədir?

Konsaltinq şirkəti olan “Mercer” yaşayış xərclərinə görə dünyanın ən bahalı şəhərlərinin reytinqini (Cost of Living City Ranking 2022) dərc edib. COVID-19 pandemiyasının səbəb olduğu bir illik fasilədən sonra Honkonq yenidən reytinqin zirvəsindədir.

“Mercer”ə görə, dünyanın ən bahalı beş şəhəri siyahısında Honkonqdan başqa ardıcıl olaraq İsveçrənin şəhərləri yer alır – Sürix, Cenevrə, Bazel və Bern. Bu, İsveçrə frankının dollara nisbətdə möhkəmlənməsi ilə bağlıdır. İlk onluğa həmçinin Tel-Əviv, Nyu-York və Asiyanın üç nümayəndəsi – Sinqapur, Tokio və Pekin yer alıb.

Rusiya və Ukrayna şəhərləri reytinqə daxil olmayıb. Azərbaycanın paytaxtı Bakı isə siyahıda 186-cı sıranı tutur. Tam siyahıya burada baxa bilərsiniz.

Əcnəbilərin yaşayış xərclərinə görə şəhərlər arasında ən sonuncu yerdə Ankara qərarlaşıb. Ondan bir neçə pillə yuxarıda isə Bişkek (Qırğızıstan), Düşənbə (Tacikistan) və İslamabad (Pakistan) yerləşir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər