7 C
Baku
Sunday, December 15, 2024

Dünyanın yaşamaq üçün ən bahalı şəhərlərinin adı açıqlandı

2022-ci ilin birinci yarısında dünyanın hansı şəhərlərinin yaşamaq üçün ən bahalı olduğu açıqlanıb.

Bunu Numbeo analitik xidməti hesablayıb.

Belə ki, birinci yeri Bermud adalarının paytaxtı Hamilton tutub. İlk 10-luğa İsveçrənin Bazel, Sürix, Zuq, Lozanna, Bern və Cenevrə şəhərləri və Amerikanın Honolulu, Santa Barbara və Nyu-York şəhərləri daxildir.

Rusiya şəhərlərinin yaşayış dəyəri baxımından əhəmiyyətli dərəcədə aşağı olduğu ortaya çıxıb. Peterburq 279-cu, Moskva – 287, Yekaterinburq – 298, Kazan – 300, Novosibirsk – 301, Krasnodar – 313, Nijni Novqorod – 316, Rostov-na-Donu – 345-ci sırada idi.

Daha əvvəl məlumat verilmişdi ki, Çukotkadakı Anadır 2021-ci ildə Rusiyada yaşamaq üçün ən bahalı şəhər, İnquşetiyadakı Nazran isə ən ucuz şəhər olub.

Son xəbərlər
Digər xəbərlər