10 C
Baku
Friday, December 13, 2024

Düşmən ocaq başında

Pricewaterhouse Coopers (PWC) agentliyinin iqtisadi cinayətkarlığa dair apardığı tədqiqata əsasən fırıldaqçılar, oğrular və rüşvətxorlar çox hallarda öz işlədikləri firmalara ziyan vururlar.

Şirkətin menecerləri iqtisadi cinayətlərin sayının artmasından qorxurlar, lakin buna baxmayaraq onun qarşısının alınması üçün tədbir görmək məqsədilə pul xərcləməyə tələsmirlər.

PWC ekspertlərinin gəldikləri başlıca nəticə budur ki, böhran iqtisadi sahədə sui-istifadələrin sayının artmasına gətirib çıxarıb. Bu nəzər nöqtəsini Hamburq dövlət prokurorluğunda da bölüşürlər- orda təsdiq edirlər ki, qlobal böhran səbəbilə yaxın zamanlarda iqtisadi cinayətlər üzrə məhkəmə işlərinin sayı artacaqdır.

PWC öz tədqiqatında Almaniyada fəaliyyət göstərən 500 iri beynəlxalq şirkətin menecerləri arasında sorğu keçirmişdir və məlum olmuşdur ki, respondentlərin 40%-i sənaye şpionajından, oğurluqdan, rüşvətxorluqdan, qiymət sözləşməsindən, pirat məhsulu buraxılışından ehtiyat edirlər. Bununla yanaşı hər üçüncü respondent öz kolleqaları arasından olan cinayətkarlardan qorxur.”Şirkətlərə xarici düşmənlər ziyan vurmur, bunu hal-hazırda şirkətin öz əməkdaşları müvəffəqiyyətlə edir”- PWC-nin tərəfdaşı Şteffen Zalvenmozer qeyd edir. Buna baxmayaraq, agentliyin verdiyi məlumatlara görə yaxın illərdə şirkətlər sui-istifadələrdən müdafiəyə çəkilən xarclərin artırılmasını planlaşdırmırlar, hətta hər beşinci şirkət onları ixtisar etmək niyyətindədir. “Mübarizə şirkətlərin əsas mövzusudur, lakin o pulsuz olmalıdır”- PWC tədqiqatçılarının şirkət rəhbərlərinin rəyləri əsasında gəldikləri nəticə belədir.

Son iki ildə hər iqtisadi cinayətin vurduğu ziyan üç dəfə artıb və 4,3 milyon avro təşkil edir. Bu müddət ərzində sorğuda iştirak edən şirkətlərin təxminən üçdə ikisi cinayətin qurbanı olmuşlar. Bu zaman hər on cinayətkardan yeddisi şirkət əməkdaşlarının fəaliyyəti sayəsində və ya təsadüfən tutulmuşlar. Nəticədə cinayət törədənlərin 87%-i işdən qovulmuşdur. Cinayətkarların çoxu- şirkətdə on ildən az olmayaraq işləyən 40 yaşa yaxın kişilərdir. Onlardan təxminən üçdə ikisi –menecerlər, 29%-i hətta top-menecerlərdir.

Respondentlər tərəfindən adları çəkilən 213 sui-istifadə halının və pozuntunun yalnız hər beşincisi ciddi cinayətlərə aiddir, yəni şpionaj, qiymət sözləşməsi və ya məhsul saxtalaşdırılmasıdır; orta hesabla bu cinayətlər şirkətlərə 5,8 milyon avro ziyan vurmuşdur. Sorğuda iştirak edən şirkətlər əsasən yalan və israfçılıqdan (41%), şpionaj, qiymət sözləşməsi və məhsul saxtalaşdırılmasından (39%) ziyan çəkmişlər, hər səkkizinci cinayət isə rüşvətxorluğa aiddir.

Amerika şirkətləri iqtisadi cinayətlərin qarşısını daha uğurla alırlar. Rüşvətxorluqdan soruşulan şirkətlərin 13%-i ziyan çəkmişdir, amma Almaniyada fəaliyyət göstərən Amerika şirkətlərinin cəmi 2%-i qurbanlar sırasında olmuşdur. Hər onuncu alman şirkəti və yalnız Almaniyadakı hər iyirminci Amerika şirkəti son iki ildə qiymət sözləşməsi ilə üzləşmişlər.

Son xəbərlər
Digər xəbərlər