15 C
Baku
Friday, March 29, 2024

“Duty Free”nin yaradıcısı Charles Feeney bütün sərvətini xeyriyyəyə bağışlayıb

1984-cü ildə Charles Feeney şirkətin səhmlərinin 38,75%-ni “The Atlantic Philanthropies” xeyriyyə fonduna bağışlamışdır. Müxtəlif qiymətləndirmələrinə görə, ayrılmış vəsaitin ümumi məbləği 8 milyard dollardan çox olub. Bu pul xeyriyyə təşkilatlarına, universitetlərə və bütün dünya fondlarına paylanılıb.

2020-ci ildə sahibkar planlaşdırdığı kimi “The Atlantic Philanthropies” fondunun fəaliyyətini dayandırdığını elan edib.

Xatırladaq ki, Charles Feeney “Duty Free Shoppers”un əsasını 1960-cı ildə Robert Miller ilə birlikdə qoyub və çox təvazökar həyat sürsə də, onun sayəsində milyardlarla dollar qazana bilib.

Feeney həm də “Giving While Living” ideyasının müəllifidir: qazandığın pulun çox hissəsini sağ ikən xeyriyyəçiliyə bağışlamaq. O, bu hərəkəti ilə Bill Gates və Warren Baffett-i “Bağışlama andı” kampaniyasına başlamağa təşviq edib.

“Charles Feeney hamımız üçün bir nümunədir. Onun etdiklərini etmək üçün mənə ölümdən sonra 12 il lazım olacaq”, – deyə Buffet söyləyib. Feeney elm, sosial fəaliyyət, səhiyyə və digər sahələrə sərmayə qoyub, böyük problemləri həll etmək üçün böyük ianələr edib.

O, səhiyyə layihələrinə təxminən 700 milyon dollar xərcləyib, məsələn, Vyetnamda xalq sağlamlığını modernləşdirmək üçün 270 milyon dollar, San-Fransiskodakı Kaliforniya Universitetinin nəzdindəki Beyin Sağlamlığının İnkişafı İnstitutuna isə 176 milyon dollar.

Milyarder təhsil sahəsinə də pul ayırıb – təxminən 3,7 milyard dollar, bu məbləğin 1 milyard dolları Kornel Universitetinin inkişafına xərclənib. Daha 870 milyon dollar insan hüquqularının qorunması və sosial dəyişikliklərə, 62 milyon dollar isə ABŞ-da ölüm cəzasının ləğv edilməsinə xərclənib.

1997-ci ilə qədər Feeney xeyriyyə işlərini diqqətlə gizlədib və bütün əməliyyatları ofşor hesablar vasitəsilə həyata keçirib – təşkilatlar pulun haradan gəldiyini anlaya bilmirdilər. Məhz buna görə də, 2012-ci ildə “Forbes” jurnalı Charles Feeney-i “Filantropiyanın James Bon-u” adlandırıb.

Qeyd edək ki, “Atlantic Philanthropies” fondunun 300-ə yaxın əməkdaşı olub. 2020-ci il 14 sentyabr tarixində Feeney fondu bağlamaq qərarını açıqlayıb. Bağlanış mərasimində həmçinin Bill Gates və Kaliforniyanın qubernatoru Jerry Braun iştirak ediblər.

Son xəbərlər
Digər xəbərlər