28 C
Baku
Saturday, July 27, 2024

DVX daha bir əcnəbi futbolçunun vergi borcuna görə ölkədən çıxışına “stop” qoyulmasını istəyir

Azərbaycan Respublikası Dövlət Vergi Xidməti daha bir əcnəbi futbolçunun ölkədən çıxışına məhdudiyyət qoyulmasını istəyir.

Banker.az xəbər verir ki, bu, Azərbaycanın futbol üzrə Premier Liqasının “Sabah” klubunun oyunçusu Spiro Perişiçdir (Špiro Peričić).

Xorvat futbolçu 2021-2022-ci illərdə Azərbaycanın futbol üzrə çempionatında çıxış edib.

Dövlət Vergi Xidmətinin 2 saylı ərazi Vergilər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə 1 may 2023-cü il tarixdə müraciət edərək, vergi ödəyicisi olan Spiro Perişiçin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatın qoyulmasını xahiş edib.

Banker.az-ın 2 may 2023-cü il tarixinə olan məlumatına görə, onun dövlətə 5 758.55 manat həcmində vergi borcu yaranıb.

Qeyd edək ki, onun ölkədən çıxışına “stop” qoyulub-qoyulmaması kommersiya məhkəməsinin qərarından aşlı olacaq.

Bundan öncə, Azərbaycanda çalışmış ispan məşqçi və moldovan futbolçu ilə bağlı belə qərarlar qəbul edilməsi istənilmişdi.

 

Son xəbərlər
Digər xəbərlər