Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 703 minə çatıb. 2019-cu ilin əvvəlindən isə 301 min ədəd artıb.
Banker.az xəbər verir ki, bu barədə “Post-pandemiya dövründə vergi sistemi” konfransında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvəqqəti rəisi Orxan Nəzərli çıxışında deyib.
Bu əmək müqavilələrinin 84%-i, yəni, 792 mini qeyri-neft sektorunda olan əmək müqavilələri olub.
DVX-nı müvəqqəti rəisi qeyd edib ki, buna səbəb dövlət tərəfindən sahibkarlıq subyektlərinə işçilərin əməkhaqlarına edilən yardım paketi hesabına baş verib.