15 C
Baku
Tuesday, May 21, 2024

“Dyatlov qrupu”-nun sirli həlakı

Dyatlovun turistik qrupunun 1959-cu ilin fevral ayının 1-dən 2-sinə keçən gecədə Şimali Uralda başına gəlmiş hadisə 20-ci əsrin ən sirli və dəhşətli hadisəsi kimi tarixə düşüb.

Naməlum şəraitlərdə İqor Dyatlovun başçılıq etdiyi turistik dəstə həlak olur.

Biz sizə bu məqalədə həmçinin turistik qrupun iştirakçılarının çəkdikləri şəkilləri də təqdim edəcəyik.

Turistik qrupun Xolatçaxl (manisidən «Ölülər dağı» ) dağının ətəyində çadır qurub və yatmağa hazırlaşarkən turistləri panika ilə qaçmağa vadar edən nə isə baş verir. Daha sonra turistik qrupun bütün iştirakçıları ölü aşkarlanırlar. Onların əksəriyyəti yəqin ki, soyuqdan ölmüşdülər. Bir çox insanların güclü daxili xəsarətləri var idi, sanki onlar hündürlükdən yıxılmışdılar və yaxud onlar sürətlə gələn avtomobil ilə toqquşmuşdular. Qeyd edək ki, turistlərdə əhəmiyyətli dəri xəsarətləri aşkarlanmamışdı.

Turistik qrup Ural politexnik institutunun beş tələbəsindən ibarət idi. Turistik qrupa V kurs tələbəsi İqor Dyatlov başçılıq edirdi. Qrupun digər iştirakçıları idman turizmində təcrübəli tələbələr idilər.

Qrupun iştirakçılarından biri Yuriy Yudin radikulit səbəbindən marşrutun aktiv hissəsinə qatılmır və qrupdan yeganə sağ qalan iştirakçı olur. Məhz o, qrupun digər iştirakçılarının cəsədlərini tanımışdı.

12 fevralda qrup marşrutun son nöqtəsinə Vijay qəsəbəsinə çatmalı, oradan institutun idman klubuna teleqram göndərməli və 15 fevral Sverdlovska qayıtmalı idi. Turistik qrupdan teleqramın gəlmədiyini görür və narahatlıq keçirməyə başlayır. Həmçinin turistik qrupun iştirakçılarının qohumları da narahatlıq bildirməyə başlayırlar. İnstitutun rəhbərliyi 16-17 fevralda Vijay ilə əlaqə saxlayır və qrupun bura gəlmədiyini öyrənir.

22 fevralda xilasetmə işlərinə başlayırlar. Dağın ətrafında 100 kilometr uzaqlıqda heç bir yaşayış məntəqəsi yox idi. 26 fevral Xolatçaxl dağının ətəyində qar ilə örtülmüş çadır aşkarlanır. Çadırın divarları kəsilmişdi. Tədqiqatlar çadırın içəridən kəsildiyini göstərmişdi. İştirakçılar çadırları içəridən kəsərək qaçmışdılar.

Çadırın qarşısında soba, vedrələr, bir az arada fotoaparatlar var idi. Girişin sağında ərzaqlar, həmçinin çəkmələr var idi. Qalan altı cüt çəkmələr çadırda yerləşirdilər. Rükzaklar çadırın qarşısında idilər, onların üzərində ədyallar var idi. Girişin qarşısında buz qıran, yamacında isə fənər aşkarlanmışdı.Çadır tamamilə boş idi, orada heç kim yox idi.

İştirakçıların nə çəkdikləri şəkillərdən, nə də tutduğu gündəliklərdən onların həlak olmasının səbəbi məlum olmamışdı.

Daha sonra isə iştirakçıların çadırın girişindən çıxmadıqları, onu kəsərək əks tərəfdən qaçdıqları aşkarlanmışdı. İnsanlar soyuğa demək olar ki, paltarsız çıxmışdılar. Qrup təxminən 20 metr çadırın girişinə əks istiqamətdə qaçmışdılar. Daha sonra isə Dyatlovun qrupu birgə corablarda dağ ətəyi ilə düşməyə başlamışdılar. Qeyd edək ki, onlar qaçmırdılar, yeriyirdilər. İzlər onu göstərir ki, onlar birgə hərəkət edirdilər. Krivonişenkonun burnunun ucu yox idi.

500 metrdən sonra izlər qarın altında itirlər. 27 fevral çadırdan yarım kilometr uzaqlıqda iki iştirakçının cəsədləri aşkarlanmışdı. Onlardan biri Doroşenko idi. Doroşenkonun dabanı və sağ gicgahında saçları yanmışdı. Xilasediciləri o təəcübləndirmişdi ki, hər iki cəsəd alt paltarına qədər soyundurulmuşdular.

Onların əllərində çox saylı xəsarətlər, cızıqlar var idi. Hər iki cəsədin daxili orqanları qan ilə dolu idi.

Qarın üzərində 5 sm. enliyində ağac qırıntıları var idi. Sanki kimsə ağacdan sallanaraq onları qırmışdı. Ağacın üzərində qan izləri qalmışdı.

300 metr uzaqlıqda İqor Dyatlovun cəsədi aşkarlanmışdı.

Dyatlov kürəyi üstə, başı çadıra doğru, əli ilə ağac budağını qucaqlamış vəziyyətdə uzanmışdı. Dyatlovun üzərində şalvar, sviter, kovboyka, xizək gödəkçəsi var idi. Onun qolundakı saatda vaxt 5:31-i göstərirdi. Onun üzündə buz qalıqları var idi. Bu onu sübut edirdi ki, Dyatlov qarın üzərinə nəfəs alırdı.

Dyatlovun bədənində çox saylı xəsarətlər var idi, daxili orqanlar qan ilə dolu idi. Dyatlovdan 330 kilometr uzaqlıqda Zina Kolmoqorovanın cəsədi aşkarlanmışdı.

O, isti geyinmiş idi, lakin onun ayaqqabısı yox idi. Kolmoqorovanın üzündə burundan qanaxmanın izləri, ovuclarında çox saylı cızıqlar, həmçinin kəllə-beyin travması var idi.

Beş gündən sonra, 5 martda Dyatlovun meyidinin 150 metr uzaqlığında 15-20 sm. qalınlıqda qar ilə örtülən Rüstəm Slobodinin cəsədi aşkarlanmışdı. O da olduqca isti geyinmişdi. Rüstəmin sol qolundakı saat 8:31-i göstərirdi. Onun üzündə buz örtüyü və burundan qanaxmanın izləri var idi.

Son üç aşkarlanmış cəsədlərin xarakter xüsusiyyəti onların dərilərinin al qırmızı rəngdə olmasıdır.

Fevral ayından may ayına qədər xilasedici işlər aparılırdı. May ayında qar əriməyə başlayır və xilasedici işlər asanlaşır.

2,5 metr dərinlikdə 14 budaqdan və hündürlüyü 2 metr olan bir ağacdan ibarət işarələr tapılır. Onlar sanki dörd insan üçün nəzərdə tutulan «oturacaqlar» idilər.
Şəlalənin yanında dörd metr dərinliyində dizləri üstə oturmuş və donmuş Lyudmilanın cəsədi aşkarlanır.
Bu işarələri mansiya işarələri adlandırırlar. Onların xüsusi “tamğa” adları var. Bu adətən ov və yaxud dayanacaq yerlərində qoyulan imza kimi başa düşülür.

Qalan üç iştirakçı bir az aşağıda aşkarlanırlar. İştirakçıların geyimləri ya çıxardılmış, ya da bir birinə qarışdırılmış idilər.

Bundan savayı bütün meyitlərdə hələ sağ ikən alınmış xəsarətlər var idi. Dubinina və Zolotaryovanın 12 qabırğaları sınıq idi. Daha sonra ekspertiza nəticəsində bu xəsarətlərin bir insanın əlinə daş götürüb yetirə bilməyəcəyi sübut olunmuşdu. Gərək hansısa sürətli avtomobil insana dəyəydi və yaxud insan hündürlükdən düşəydi. Bundan savayı, Dubinina və Zolotaryovun göz bəbəkləri çıxarılmışdı. Dubininanın həmçinin dili və üst dodağı qopardılmışdı.

Çox qəribədir, ekspertiza nəticəsində iştirakçıların geyimlərinin üzərinə betta radioaktiv şüalanması olan əşyaların sürtüldüyü aşkarlanmışdı.

Qətlə yetirilmiş bütün turistlərin cəsədləri «başı çadıra» doğru idi.

Kolqomorova, Slobodin, Dyatlov çadırdan çıxarkən deyil, çadıra qayıdarkən öldürülmüşdülər.

İlkin olaraq qətldə Uralın yerli əhalisini – mansiləri- günahlandırdılar. Lakin onlar günahsız olduqları, özlərinin də qorxduqlarını və turistlərin qətlə yetirildikləri yerdə “alovlu kürəciklər” gördüklərini demişdilər.

31 mart tarixində xilasedicilərin başçısı “alovlu kürəciklər” formasında yad planetliləri görür və yatmış digər yoldaşlarını oyadır. Onlar 20 dəqiqə ərzində kürəciyin hərəkətini izləyirdilər.

Bundan sonra istintaqın gedişi dəyişir.

Bu hadisə ilə bağlı çox versiyalar var: həm realistik, həm də fantastik.

Daha sonra bu mövzuda çox saylı məqalələr, kitablar yazılmış, sənədli filmlər çəkilmişdi.

pulson1310pulson1211pulson1111pulson1012pulson0913pulson0417pulson0813pulson178pulson187pulson0117pulson0217pulson225pulson233pulson262pulson271pulson291pulson38pulson37pulson35pulson30pulson34pulson31pulson32pulson40pulson39

Son xəbərlər
 ⁠
Digər xəbərlər