3 C
Baku
Saturday, December 14, 2024

DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Bu gün Bakı şəhərinin hündür ərazilərində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Bunu Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, hadisələri araşdırılarkən yol və metroloji şəraitin sürücülər tərəfindən düzgün alınmaması səbəbindən qeydə alındığı məlum olub:

“Ona görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bir daha vətəndaşların, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqəli hər bir avtomobil sürücüsü olduqca diqqətli olmalıdır. Həmin şəxslər nəqliyyat vasitəsini yol və metroloji şəraiti nəzərə almaqla elə idarə etməlidir ki, yol-nəqliyyat hadisəsi baş verməsin. Yəni yollarda sürüşmə ehtimalını nəzərə alıb, sürət həddini minimuma endirməlidir, ara məsafəsini normadan artıq saxlamalı, eyni zamanda, avtomobilin hərəkətə gətirilməsi və dayandırılması sürətlər qutusunun hesabına alınmalıdır. Unutmaq olmaz ki, hava şərəaitinə uyğun olaraq, təkərlər və onların protektrları normaya uyğun olmalıdır. İşıq cihazları və eyni zamanda digər parametrlər tələblərə uyğun olmalıdır ki, nəqliyyat vasitəsini idarə edən sürücü yol-nəqliyyat hadisəsi törətməsin.

Ona görə də sürücülərdən xahiş və tövsiyə edirik ki, hava şəraitinin dəyişməsi ilə əlaqadar olaraq diqqətli olsunlar. Yol boyu qoyulmuş yol nişanmlarının tələblərinə diqqət yetirib və o nişanlara uyğun hərəkət etsinlər. Bir daha bildirir ki, asfalt səti üzərində şaxtanın hesabına buz qatı əməli gəlir və bu da sürücüləri çaşdıra bilər. Xüsusi ilə enişli-yoxuşlu yollar, hündür ərazilər, Yasamal, Günəşli kimi tanınan ərazilərdə sübh vaxtları yollarda buzlaşma buz qatı yaradır. Bu da istər-istəməz bu ərazilərdən istifadə edən sürücülərin yol və metroloji şəraitləri almama səbəbi ilə yol qəza hadisəsi törətməsi ilə nəticələnir.

Ona görə sürücülər hava şəraitindən aslı olaraq, yəni yol və metroloji şəraiti nəzərə alaraq, elə hərəkət etməlidir ki, hadisə baş verməsin. Unutmaq olmaz ki, belə hava şəraitində qeydə alınan yol-nəqliyyat hadisələri ilə də bağlı kokret qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Yəni bəzi sürücülər yollarda buz qatı var deyərək, məsuliyyətdən yayınmaq istəyi də, elə “Yol Hərəkəti Haqqında” qanunun tələbinin pozulmasıdır. “Yol buzdur, mən sürüşdüm başqa bir nəqliyyat vasitəsinə dəydim” demək, düşünmək düzgün deyil”.

“Eyni zamanda belə hava şəraitində sürücülər yəni sürüşmə ehtimalı olan ərazilərdə sürücülər bunu nəzərə alıb, heç olmasa avtomobilin normal hərəkət etməsi üçün təkərlərdə olan təziqin nisbətən aşağı salmalıdır. Çünki təkərlə asfalt üzərində ilişmə səthi geniş olduqda avtomobilin sürüşmə ehtimalı azalır”, – V.Əsədov bildirib.

Son xəbərlər
Digər xəbərlər