9 C
Baku
Friday, December 13, 2024

DYP velosiped sürücülərinə müraciət edib-Yol hərəkəti qaydalarına riayət edilməlidir

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi velosiped sürücülərinə müraciət edib.

Banker.az xəbər verir ki, Velosiped sürücüləri bütün yol hərəkəti qaydalarına riayət edilməlidir.

Belə ki, velosiped sürücüləri digər nəqliyyat vasitələrinin sürücüləri kimi yollardakı nişanların, svetoforların tələblərinə birmənalı şəkildə riayət etməli, o cümlədən digər nəqliyyat vasitələrinin sürücüləri kimi sağa və ya sola dönən zaman əl işarəsi ilə dönmə siqnalları verməlidirlər:

“Velosipedin ümumi istifadədə olan yolda idarə edilməsinə 14 yaşdan icazə verilir. Lakin biz dəfələrlə uşaqların yolda velosipedlə hərəkətinin şahidi oluruq. Bu isə həm təhlükəli, həm də qanunvericiliyin tələbinə ziddir”.

Səkilərdə və piyada yollarında velosipedlərin hərəkəti qadağandır:

“Velosiped sürücüləri yolun hərəkət hissəsinin yalnız sağ kənarı ilə və piyadaların hərəkətinə mane olmamaq şərtilə yol çiynində hərəkət edə bilərlər. Qanunvericilikdə velosiped sürücülərinin təhlükəsizlik dəbilqələrindən istifadə etməsi məcburi olmasa da, tövsiyə edirik ki, öz təhlükəsizliklərini qorumaq üçün dəbilqələrdən istifadə etsinlər. Bundan əlavə velosipedi idarə etməyə mane olan yükün daşınması da qadağandır. İdarə edilməsinə mane olan o deməkdir ki, velosipedin sükanını tutmağa çətinlik yaradan, ağır olduğuna və ya ləngər vurduğuna görə velosipedin aşması təhlükəsini doğuran, sürücünün öz yerində rahat oturmasına mane olan hallar nəzərdə tutulur. Həmçinin iki və daha çox zolağı olan yollarda sola dönmək və piyada keçidindən keçmək istəyərkən, sürücü velosipeddən düşməli və velosipedi əli ilə itələyərək yolu digər istiqamətə keçməlidir”.

 

Son xəbərlər
Digər xəbərlər