13 C
Baku
Friday, April 19, 2024

e-Ticarət: Xarici banklara yenədəmi xeyir verməkdə davam edəcəyik?

Məlumdur ki 3 il bundan öncə e-Ticarətin vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinə və “Elektron ticarət haqqında” qanuna əlavə və dəyişikliklər edilib.

Dəyişikliyə görə xarici onlayn mağazalardan müəyyən məhsulların alışı üçün və qlobal resursların təklif etdiyi onlayn xidmətlər üçün 18% əlavə vergi tətbiq olundu. Elektron pul kisələrindən istifadə üçün də 10% vergi tətbiq olundu.

Yəni, əgər siz yerli bankın kartı ilə, məsələn “Google” və “Facebook”dan hansısa xidmət, reklam alırsınızsa və ya Amazon-dan nəsə kitab alırsınızsa əlavə olaraq 18% vergi də ödəməlisin.

Əgər bunu portmanatınızdakı xarici kartla alırsınızsa onda bunu ödəmirsiniz.

Təbii ki, ondan sonra xarici kart gəzdirənlərin, xarici kartdan alış veriş edənlərin sayı xeyli artıb.

Buna görə də hazırda ölkəmizdə bir çoxlarının, bank işçilərinin, istisna etmirəm ki elə Mərkəzi Bank və MBNP əməkdaşlarının, Facebook və Google-dən sistemli olaraq xidmət alan şirkətlərin və vətəndaşların , SMM və Rəqəmsal marketinq xidməti göstərən şirkətlərin hamısında ən azı bir ədəd xarici bank kartı var.

Əsaəsn Gürcüstan kartlarına üstünlük verilir.

İndi yenidən Vergi Məcəlləsi müzakirəyə çıxarılır. Yeni dəyişikliklər olacaq.

Fikrimcə İqtisadiyyat Nazirliyi, KOBİA elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli və effektiv mexanizmini yaratmalıdırlar.

Məsələn, cari ildən Kazaxıstanda qeydiyyatdan keçən e-ticarət qurumları 5 il vergilərdən tam azaddırlar.

Bank sektorunda konservativ mühit yumşaldılmalıdır.

3 ildir hazırlanmaqda olan “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” qanun nəhayət ki qəbul edilməlidir.

Cari ilin sonunada bu qanun üçün Strateji Yol Xəritəsində müəyyən oluna müddət başa çatır.

MBNP, İqtisadəuyyat Nazirliyi bu sahədə maraqlı tərəflər olduğundan və proses xeyli ləngidiyindən belə qənaətə gəlmək olar ki Maliyyə Nazirliyi və ya Mərkəzi Bank bu layihənin qəbulunda elə də maraqlı görsənmilər və rəy verməkdə tələsmirlər.

Banklar innovativ xidmətlər təklif edə bilmirlər. Düşünürəm ki MBNP açıq bank prinsiplərinə üstünlük verməlidir, izahı olmayan bir vəziyyətdir ki indiyədək Bank Respublikanı çıxmaq şərtilə heç bir bank APİ servis təklif etmir.

Halbuki Avropada qüvvəyə minən yeni direktivə görə artıq istənilən bank üçün APİ –ın açıq olması məcburidir.

Bizdə isə proses elə qurulub ki hər bir müştəri ancaq və ancaq öz bankına “yapışmalıdır”.

 

Yeri gəlmişkən , daha bir neçə mərkəzi icra orqanının rəyləri gecikdiyindən KOBİA 11 aydır ki startaplara vergidən azad olmaq üçün ŞƏHADƏTNAMƏ verə bilmir.

İndi Vergi Məcəlləsində dəyişikliklərin elektron ticarətin inkişafına nə rol oynaya biləcəyini göləyirik.

Ümid edirəm Məcəllədə e-ticarətin inkişafini stimullaşdiran məqamlar nəzərdə tutulacaq.

Görəsən biz yenə də xarici bank kartları ilə xarici banklara xeyir verməkdə davam edəcəyikmi ?

Osman Gündüz
İnternet formunun prezidenti

Son xəbərlər
Digər xəbərlər