21 C
Baku
Saturday, May 4, 2024

EBRD akkumulyatorlarının təkrar emalı ilə məşğul olan Azərbaycan şirkətinə kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) qurğuşun turşusu akkumulyatorlarının təkrar emalı ilə məşğul olan “Az-Lead” şirkətinə 4,2 milyon ABŞ dollarına qədər kreditin ayrılması haqqında saziş imzalayıb.

Bildirilib ki, bu kredit şirkətin təkrar emal və saflaşdırma imkanlarını artırmağa, qurğuşun əldə etmə dərəcələrini yaxşılaşdırmağa və aylıq istehsalını 500-dən 800-ə və nəhayət, 1000 tondan çox artırmağa imkan verəcək: “Bu, şirkətə avtomobil və bərpa olunan enerji sektorlarında təkrar emal edilmiş qurğuşuna potensial artan tələbatı ödəməyə imkan yaradacaq”.

Qeyd olunub ki, bu investisiya layihəsi “Şərq Tərəfdaşlığı” regionunda Avropa İttifaqının İqtisadi və İnvestisiya Planının (İİP) həyata keçirilməsinə töhfə verir: “İİP-nin Azərbaycan üçün əsas prioritetlərindən biri yerli müəssisələri dəstəkləyərkən ölkə iqtisadiyyatının şaxələndirilməsi və yaşıllaşdırılmasına kömək etməkdir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər