6 C
Baku
Sunday, December 15, 2024

EBRD Azərbaycan şirkətinə qarşı məhkəmə iddiasından imtina edib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) iş adamı Nüsrət Qüdrət oğlu Məmmədova və onun iki şirkətinə qarşı ümumilikdə 11 mln. avrodan artıq borcla bağlı iddia ərizəsinin geri qaytarılması xahişi ilə məhkəməyə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bankın müraciətini təmin edib.

Məhkəmə sənədinə əsasən, N.Məmmədov, “B.M.İ.” MMC və “NKM Company” MMC 2015-ci ilin iyun ayında EBRD ilə mis və elektrik kabellərin istehsalının genişləndirilməsinə dair kredit müqaviləsi imzalayıb. Lakin Azərbaycan tərəfi krediti vaxtında ödəyə bilməyib. Bu ilin avqustun əvvəlinə əsas borc 9 mln. 333,3 min avro, faizlər isə 988,9 min avro təşkil edib. Bundan əlavə, bank cavabdehdən vaxtında qaytarılmayan vəsaitlərinin istifadəsinə görə 825,7 min avro tələb edib

Son xəbərlər
Digər xəbərlər