Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların ikinci raundu başlayıb. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov məlumat verib.
Bildirilir ki, danışıqlar müxtəlif formatlarda keçirilir. Görüşlərin iki gün davam edəcəyi və qapalı rejimdə aparılacağı gözlənilir.






