Əbu-Dabinin investisiya fondu ABŞ-də $13 milyardlıq LNG zavodunun tikintisini dəstəkləyib

Əbu-Dabidən olan investisiya fondu “Mubadala Energy” ABŞ-nin Luiziana ştatında iri LNG terminalının tikintisi layihəsini dəstəkləyib. Layihənin ümumi dəyəri $13 milyard olaraq qiymətləndirilir.

“Financial Times” qeyd edir ki, qərar “Yaxın Şərqdən tədarükün pozulması ilə bağlı narahatlıqlar fonunda ABŞ-də energetika layihələrinin inkişafının yeni dalğasını stimullaşdırdığı” üçün qəbul olunub.

İllik gücü 9,5 milyon tona qədər olan “Commonwealth” LNG terminalının əsas operatoru Amerikanın enerji qrupu “Caturus”dur. Layihəyə xarici investorlar tərəfindən artıq $9,75 milyard cəlb edilib.

“Mubadala Energy” ilə yanaşı, layihəni ABŞ investisiya qrupu “Kimmeridge” və Kanadanın “CPP Investments” fondu da dəstəkləyib.

Son xəbərlər
Digər xəbərlər