Əcnəbilər Rusiyada il ərzində 90 günə yaxın qala biləcəklər.
Ölkənin Daxil İşlər Nazirliyi bu barədə qanun layihəsini Dövlət Dumasına göndərib.
Sənəddə həmçinin, biometrik miqrant vəsiqəsinin tətbiqi, eləcə də miqrantları əməyə cəlb edən şəxs və ya şirkətlərə nəzarətin gücləndirilməsi, eləcə də miqrantların Rusiyada qalma müddətinin uzadılmasına yol verilməməsi də nəzərdə tutulur.
O da bildirilir ki, Rusiya ərazisinə daxil olan əcnəbi ölkələrin vətəndaşları sərhəd-buraxılış məntəqəsini keçərkən hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan sənədə imza atmalıdır.
Qeyd edək ki, məhdudiyyətlər martın 22-də “Crocus City”də baş verən terror aktından sonra gündəmə gətirilib. Martın 26-da Rusiya prezidenti Vladimir Putin miqrasiya sahəsində əlavə preventiv və profilaktik tədbirlərin görülməsi barədə tapşırıq verib.