16 C
Baku
Tuesday, April 30, 2024

Bazara “Eco Finance” adlı BOKT daxil olur – Rəhbəri sabiq bank əməkdaşıdır

Azərbaycanda dekabrda daha bir yeni bank olmayan kredit təşkilatı təsis edilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə, yeni yaradılan “Eco Finance Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. BOKT Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeyiyyata alınıb.

BOKT 2022-ci ilin 2 dekabr tarixində təsis edilib və onun hüquqi ünvanı , Bakı şəhəri Binəqədi rayonu, Binəqədi ŞTQ, Adil Məmmədov 9 mkr, ev 99, m. 77 ünvanında dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 300 000 manat təşkil edəcək. Qeyd edilən nizamnamə kapitalı Mərkəzi Bank tərəfindən BOKT-lar üçün qoyulan minimal tələbdir ki, bu da onların lisenziya üçün müraciətində baxılan ilk məsələlərdən biridir.

“Eco Finance BOKT”un direktoru Əli Köçərli Fəxrəddin oğludur. Ə.Köçərli uzun müddətdir bank sahəsində çalşır. Belə ki, 15 il ərzində ləğv edilərək sonradan BOKT-a çevrilmiş “Para Bank” ASC-də çalışıb.

Qeyd edək ki, bu dekabrda “Caspian BOKT” MMC dövlət qeydiyyatına alınıb.

Azərbaycanda BOKT-lərə lisenziyanı Azərbaycan Mərkəzi Bankı təqdim edir. Cari ildə bir neçə bank olmayan kredit təşkilatı təsis edilsə də Mərkəzi Bank onlara hələ ki, kredit bazarında qanunla iştirak üçün çıxış imkanını təmin edən lisenziyanı təqdim etməyib. Sonuncu dəfə bu lisenziya 26 dekabr 2022-ci il tarixində “SF Azerbaijan BOKT” MMC-yə bu lisenziya təqdim edilib.

Əksinə, 2022-ci ildə BOKT-lərdən biri bu lisenziyadan məhrum oldu.

Lisenziya almaq üçün növündən asılı olmayaraq BOKT-lər tərəfindən AMB-yə aşağıdakı sənədlər təqdim olunur:
  • təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
  • dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
  • minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;
  • təşkilati strukturu haqqında məlumat;
  • inzibatçıların nəzərdə tutulmuş peşə yararlılığı və məhkumluğun olmaması tələblərinə uyğun olması haqqında məlumat;
  • maliyyələşdirilmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri, o cümlədən (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditin verilmə müddətləri, faiz dərəcələri) barədə məlumat;
  • inzibatçıların iş təcrübəsini təsdiqləyən sənədin əsli və ya sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
  • xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);
  • lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
  • Bu yazılı formada tərtib edilir və ərizəni imzalayan şəxs (şəxslər) tərəfindən imzalanaraq BOKT-nin möhürü ilə təsdiq edilir.
  • AMB iki iş günü müddətindən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı və lisenziyanı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
Son xəbərlər
 ⁠
Digər xəbərlər