6 C
Baku
Saturday, December 14, 2024

Edwin Katskee və onun ölüm gündəliyi

20-ci əsrin əvvəlində kokaindən tibbdə yerli keyidici olaraq çox geniş istifadə olunurdu. Amerikalı proktoloq Edwin Katskee öz üzərində bu preparatın yüksək dozadakı təsirini yoxlamaq qərarına gəlir. Lakin bu eksperiment onun həyatında sonuncu eksperiment olur.

25 dekabr 1936-cı ildə gecə saatlarında Edwin özünə yüksək dozada kokain maddəsi yeridir. Maddəni bədəninə yeritdikdən sonra yaranan təəssüratlarını birbaşa olaraq kabinetinin divarlarına yazır. Daha sonradan bu qeydlər “ölüm gündəliyi” adını almışdır. Zaman keçdikcə onun xətti daha az oxunaqlı vəziyyət alırdı.

Tezliklə onda iflic və qıcolma tutmaları yaranır. Edwin özünə gəldikdə yenə divarda qeydlər etməyə başlayır. Bu qeydlərdən biri belə idi: “Az da olsa özümə gəldim. Siqaret çəkdim. Ayağa qalxa bilirəm. Lakin depressiya dözülməzdir. Heç bir halda mənim eksperimentimi təkrar etməyin”.

Onun son qeydlərini oxumaq çətin idi. Bu qeydlərdən birində yalnızca “iflic” sözünü oxumaq mümkün idi. Ola bilsin, bu onun həyatında yazdığı son söz idi.

Tədqiqatçılar hələ də, Edwin Katskee-nin nəyə görə belə düşünmədən eksperiment apardığı üzərində mübahisələr aparır. Versiyalardan birinə görə, o sadəcə özünə qəsd etmək istəyin və bu qəsdlə eyni zamanda elmə bir töhfə də qazandırmaq niyyətində olub. Digər bir versiyaya görə isə, Edwin artıq dozadan ölmək niyyətində deyildi. Sadəcə olaraq məhz həmin kabinetdə yerləşən zəhər əleyhinə maddədən istifadə edə bilməyib.

Son xəbərlər
Digər xəbərlər