2 C
Baku
Saturday, December 14, 2024

Efiopiyada da Azərbaycanın “ASAN xidmət” modelindən istifadə edilə bilər

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Efiopiya Federativ Demokratik Respublikasına səfər edib.

Səfər bu ölkənin Baş nazirinin müavininin dəvəti əsasında gerçəkləşib.

Səfər çərçivəsində Efiopiyanın innovasiya və texnologiyalar naziri Belete Mola, Dövlət Xidməti Komissiyasının rəhbəri Mekulia Hayle, xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa, Oromia ştatının Prezidenti Şimelis Abdissa və Əddis-Əbəbə şəhərinin meri Adaneç Abebe ilə görüşlər keçirilib.

İnnovasiya və texnologiyalar naziri ilə görüşdə Efiopiya tərəfi Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması sahəsində tətbiq olunan müasir rəqəmsal həllərin öz ölkələrində tətbiqi istiqamətində birgə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib və bununla əlaqədar işçi qrupu yaradılıb. Eyni zamanda “ASAN xidmət” modeli əsasında Efiopiyada vahid məkandan xidmət göstərən ilk mərkəzin açılması barədə razılıq əldə olunub.

Görüşlərdə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov da iştirak edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər