23 C
Baku
Monday, September 8, 2025

Əgər süni intellekt bazarı çökərsə, nə baş verər?

2022-ci ildən bəri Amerika fond bazarı 21 trilyon dollar böyüyüb. Bu artımın yarısından çoxunu Amazon, Meta və Nvidia daxil olmaqla 10 şirkət təmin edib — onların hamısı süni intellekt bumundan qazanır.

İnvestorlar Sİ-ni “yeni sənaye inqilabı” və hətta “Rəqəmsal Tanrı yarışı” adlandırırlar.
Amma gəlirlər hələ ki, kiçikdir: ildə təxminən 50 mlrd. dollar. Halbuki, yaxın illərdə yalnız data-mərkəzlərə 2,9 trilyon dollar xərclənməsi planlaşdırılır. Üstəlik, şirkətlərin 95%-i generativ Sİ-yə yatırımlarından sıfır gəlir əldə edir.

Getdikcə daha çox ekspert bazarın həddindən artıq qızmasını xəbərdarlıq edir: səhmlərin qiymətləndirilməsi dotkom dövründən də yüksəkdir. Hətta OpenAI rəhbəri Sem Altman belə, investorların həddən artıq coşqulu olduğunu etiraf edir.
The Economist tarixi misal olaraq göstərir ki, texnoloji köpüklər qaçılmazdır. Dəmir yolları, elektrik və internet də çöküşlərlə müşayiət olunub, amma bu texnologiyalar qalıb və dünyanı dəyişib.

Sual budur: zərəri kim çəkəcək? İndi əsas risk altında texnoloji nəhənglər, fondlar və varlı investorlar var — bankların iştirakı isə demək olar ki, yoxdur.
Hazırda Amerika ev təsərrüfatlarının sərvətinin 30%-i sərvətlərlə bağlıdır ki, bu, 2000-ci ildəkindən dah çoxdur. Buna görə də “Sİ tanrısının” süqutu iqtisadiyyata və istehlak xərclərinə ciddi zərbə vura bilər.

ea7180d9 5c9e 420a b4a5 04fd452aa829

 

Son xəbərlər
Digər xəbərlər