6 C
Baku
Saturday, December 14, 2024

Əhalinin banklara ipoteka kreditləri üzrə borcu ₼3.6 milyardı keçib

Azərbaycanda banklarında ipoteka kreditlərinin həcmi 21.6 faiz artımla 3 milyard 629 milyon manata yüksəlib və bu indiyə qədər qeydə alınmış ən yuxarı həddir.

Banker.az xəbər verir ki, banklar sosialyönümlü kreditlər üzrə faizləri 2023-cü ildə qismən də sabit saxlayıb.

Azərbaycan Mərkəzi Bankının açıqlamasına görə, ipoteka faizləri dekabrda 6.34%, olub.  Banklar dekabrda ortalama hər nəfərə 61 050 manatlıq ipoteka kreditləri veriblər.

İpoteka və Kredit Zəmanəti Fonduna ötən bir ildə dövlət büdcəsindən 87.7 mln. manat (illik müqayisədə: -8%) ayrılıb, fond özü daxili bazardan isə istiqraz buraxmaqla 450 borc (sabit) cəlb edə bilib.

İKZF banklara 492 mln. manatlıq yenidən maliyyələşmə krediti verdiyi halda, banklar özləri 461.4 mln. manat borc cəlb ediblər ki, ümumilikdə 953.3 manat ipoteka krediti anlamına gəlir.

325234424

Son xəbərlər
Digər xəbərlər