23 C
Baku
Saturday, April 27, 2024

Əhmədbəyli-Ağbənd avtomobil yolunun Zəngilan aeroportuna qədər olan hissəsi bu il başa çatdırılacaq

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun Zəngilan beynəlxalq hava limanna qədər olan hissəsi tamamlanmaq üzrədir.

Bunu işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib.

“Böyük ehtimalla yol bu ilin sonuna qədər hazır olacaq. Hazırda yol üzərindəki 3 tuneldə betonlaşdırma işləri aparılır”, – deyə o qeyd edib.

Strateji əhəmiyyətə malik Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Yolun uzunluğu 124 kilometrdir. Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 kilometrlik hissəsinin 3 gediş – 3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsinin isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər